Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Uşaqlara hüquqi yardım göstərilməsi üçün beynəlxalq standartlarla bağlı təlim keçirilib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Hüquq > Uşaqlara hüquqi yardım göstərilməsi üçün beynəlxalq standartlarla bağlı təlim keçirilib

Uşaqlara hüquqi yardım göstərilməsi üçün beynəlxalq standartlarla bağlı təlim keçirilib


UNİSEF-in Azərbaycan nümayəndəliyi və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının birgə təşkilatçılığı ilə “Uşaqlar üçün hüquqi yardım göstərilməsinə dair beynəlxalq standartlar” mövzusunda vəkillər üçün təlim keçirilib. Vəkillər Kollegiyasından bildiriblər ki, kollegiyanın üzvü Rafiq Alışov tərəfindən aparılan təlimdə uşaqlara qarşı hüquq pozuntuları ilə bağlı sosial videoçarx, həmçinin Azərbaycanda məhkumluqda olan və ya müxtəlif formalı zorakılığa məruz qalmış uşaqlardan götürülmüş müsahibələr nümayiş etdirilib. Təlimçi-ekspert Rafiq Alışov uşaqların hüquqi müdafiəsi zamanı xüsusi yanaşmanın, onların psixoloji və sosioloji durumunun nəzərə alınmasının zəruriliyi və uşaqlara hüquqi yardım zamanı beynəlxalq standartlar və əsas prinsiplərdən bəhs edib. Təlim əldə olunan biliklərə dair müzakirələrlə davam edib. Sonda iştirakçılara sertifikatlar təqdim olunub.

DAVAM.AZ

Geri dön