Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Dekabrın 26-dək parlament seçkilərilə əlaqədar ödənişsiz təşviqatın aparılacağı KİV-lər müəyyənləşəcək
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər > Dekabrın 26-dək parlament seçkilərilə əlaqədar ödənişsiz təşviqatın aparılacağı KİV-lər müəyyənləşəcək

Dekabrın 26-dək parlament seçkilərilə əlaqədar ödənişsiz təşviqatın aparılacağı KİV-lər müəyyənləşəcək


Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar birmandatlı seçki dairələrinin 60-dan çoxunda namizədləri qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları tərəfindən KİV-də seçkiqabağı ödənişsiz təşviqat aparmaq məqsədilə yer ayrılacaq teleradio verilişləri təşkilatlarının və dövri nəşr redaksiyalarının siyahısı 2019-cu il dekabrın 26-dək dərc ediləcək. Bu, Mərkəzi Seçki Komissiyasının (MSK) təsdiq etdiyi "Milli Məclisə növbədənkənar seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı"nda əksini tapıb.
Seçki Məcəlləsinə əsasən, MSK müvafiq icra hakimiyyəti orqanının təqdimatına əsasən seçkilərin təyin edilməsi haqqında sərəncam rəsmi dərc olunduqdan sonra 20 gündən gec olmayaraq birmandatlı seçki dairələrinin 60-dan çoxunda namizədləri qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları tərəfindən KİV-də seçkiqabağı ödənişsiz təşviqat aparmaq məqsədilə yer ayrılacaq teleradio verilişləri təşkilatlarının və dövri nəşr redaksiyalarının siyahısının dərc edilməsini təmin etməlidir. Gələn il fevralın 9-na təyin edilmiş növbədənkənar parlament seçkiləri ilə əlaqədar bu müddət dekabrın 26-dək olan dövrü əhatə edir.

DAVAM.AZ

Geri dön