Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Milli fəal Şahin Bərzgərini Təbrizdəki ETTELAAT idarəsində saxlayır
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri > Milli fəal Şahin Bərzgərini Təbrizdəki ETTELAAT idarəsində saxlayır

Milli fəal Şahin Bərzgərini Təbrizdəki ETTELAAT idarəsində saxlayır


40 ildir İran adlı ölkəni idarə edən mollakratiya rejimi son bir ayda itirilmiş nüfuzunu qorumaq üçün əhali arasında ictimai qorxu siyasətini daha da sürətləndiribdir. Özəlliklə Güney Azərbaycan Milli Hərəkatının fəallarına qarşı təqiblər və təzyiqlər daha da gücləndiriblidir. Hər addımda milli fəallar həbs olunur və onlara tutuqlu olaraq saxlanıldıqları yerlərdə dəhşətsaçan işgəncələr verilir. Tutuqlanan milli fəallardan biri də Şahir Bərzgəridir. Hal-hazırda onu Təbrizdəki ETTELAAT idarəsində saxlayırlar. Milli fəal dekabrın 11-də öz ailəsi ilə 1 dəqiqəlik telefon əlaqəsində bu barədə məlumat verib.
Qeyd edək ki, azərbaycanlı milli fəal rəqs müəllimidir və Təbrizdəki Peyami Nur Universitetində hüquq ixtisasından təhsili alır. Fəal oktyabrın 19-da son kütləvi əlaqələr dövründə Təbrizdə irqçi fars rejimin ETTELAAT qvvələri tərəfindən atasının evində məhkəmə əmri olmadan tutuqlanıbdır.

DAVAM.AZ
“Təbriz Bürosu” (Güney Azərbaycan)

Geri dön