Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Tanınmış yazıçı və şair Tehranda qazandığı ödüldən etirazlarda qətliamlara görə imtina etdi
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri > Tanınmış yazıçı və şair Tehranda qazandığı ödüldən etirazlarda qətliamlara görə imtina etdi

Tanınmış yazıçı və şair Tehranda qazandığı ödüldən etirazlarda qətliamlara görə imtina etdi


Çağdaş Güney Azərbaycan ədəbiyyatının tanınmış simalarından biri olan şair və yazıçı, həkim Rüqəyya Kəbiri Tehranda keçirilən 36-cı Beynəlxalq qısa film festivalında “Pasbanhaye bətnəm” hekayəsinə görə qazandığı ödüldən imtina edib.
Rüqəyya Xanım Kəbiri bu barədə özünün İnstaqram səhifəsində yazıb: “Tehranın 36-cı qısa filmlər festivalında qazandığım yer və pul ödüldən imtina edirəm. Çünki bu yeri qazandığımın ertəsi günü ölkədə yaşanan ixtişaşlara görə nigaranam”.
Qeyd edək ki, Rüqəyya Kəbiri anadilli Güney Azərbaycan ədəbiyyatında məhsuldar şair və yazıçı kimi tanınmaqla yanaşı, Güney Azərbaycanda və Türkiyədə nəşr olunan bir sıra maraqlı əsərlərin müəllifi də kimi də məşhurdur.

DAVAM.AZ
“Təbriz Bürosu” (Güney Azərbaycan)

Geri dön