Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > “Güney Azərbaycan gənclərinin məşğullu üçün bir rial belə xərclənməyib”
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri > “Güney Azərbaycan gənclərinin məşğullu üçün bir rial belə xərclənməyib”

“Güney Azərbaycan gənclərinin məşğullu üçün bir rial belə xərclənməyib”


İran adlı ölkənin Avtomobil Ehtiyat Hissələri İstehsalçıları Dərnəyinin rəisi rejimin Güney Azərbaycana qarşı ayrı-seçkilik siyasətini tənqid edərək uzun illərdir Azərbaycanda məşğulluq sahəsində heç bir iş görülmədiyini bildirib. Bu barədə Rza Paşayi “Təbriz-i Mən” xəbər agentliyinə danışıb.
“40 ildən çoxdur ki, İslam Cümhuriyyəti qurulub. Bu müddətdə hökumətlərin heç biri Azərbaycanda gənclərin məşğulluğunun artması üçün bir rial belə xərcləməyib. Bu məsələ vaxtı ilə ölkə sənayesinin qütbü sayılan və ölkədə ikinci yeri tutan Təbrizi 21-ci yerdən aşağıya düşməsinə səbəb olub. Əslində Təbrizin iri fabriklərinin özəlləşdirilməsi də düzgün deyildi. Bu məsələ sənayeni məhv etdi və beləliklə Güney Azərbaycanın əsas sənayesi sayılan avtomobil və ehtiyat hissələrinin istehsalında böyük problemlər yaratdı.”- deyə o bildirib.
Güney Azərbaycanın iqtisadiyyatından danışan Rza Paşayi əlavə edib ki, ölkənin 5 faiz əhalisi Şərqi Azərbaycanda yaşayır, lakin ölkə iqtisadiyyatının 3.5 faizi bu əyalətə aiddir.
“Güney Azərbaycanda likvidlik problemi də yaşanır. Hazırda likvidlik səviyyəsi 4.9 faizdən ibarətdir. Proqnozlara görə bu rəqəm 2.2 faizədək düşə bilər. Bu məsələ böyük nigaranlıq doğurur. Ona görə ki, əyalətin get-gedə yoxsullaşmasını göstərir.”- deyə Rza Paşayi vurğulayıb.

DAVAM.AZ
“Təbriz Bürosu” (Güney Azərbaycan)

Geri dön