Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Hakimliyə namizədlərlə yazılı imtahan keçirilib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Hüquq > Hakimliyə namizədlərlə yazılı imtahan keçirilib

Hakimliyə namizədlərlə yazılı imtahan keçirilib


Prezident İlham Əliyevin məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tövsiyə və tapşırıqları üzrə görülən tədbirlər çərçivəsində hakim vəzifəsinə namizədlərin tam şəffaf şəraitdə və obyektiv meyarlar əsasında seçimi aparılır. Hakim olmaq üçün sənədlərini təqdim etmiş 200-dən çox namizəddən cari ilin sentyabrında keçirilmiş test üsulu ilə və yazılı imtahanlarda 81 nəfər müvəffəqiyyət qazanıb. Hazırda Hakimlərin Seçki Komitəsi tərəfindən həmin namizədlərlə şifahi imtahanlar keçirilir.
Eyni zamanda, namizədlərin sənəd qəbulu davamlı xarakter alıb və ötən ayın 23-də 230-dək olan növbəti namizədlərlə test imtahanı keçirilib. Suallar müasir texnologiyalar tətbiq edilməklə fərdi qaydada, kompüter vasitəsilə cavablandırılıb, hər bir namizədin nəticələri ona dərhal elan olunub. İmtahanda 60 və daha artıq bal toplamış 108 nəfər namizəd növbəti mərhələyə – yazılı imtahana buraxılıb.
İmtahandan əvvəl Hakimlərin Seçki Komitəsi həmin binada, özünün qapalı iclasında imtahanda istifadə edilməsi üçün cinayət və mülki sahələr üzrə kazus xarakterli suallar hazırlayıb və onlar dərhal imtahan zalına gətirilib. Namizədlər həmin suallar sırasından, təsadüfi yolla biri cinayət, biri isə mülki sahəyə aid suallar seçiblər. Dörd saat davam edən imtahanda hakimliyə namizədlərə həmin sualları cavablandırmaqla, kazusları həll etmək, qoyulmuş məsələlərə düzgün qiymət vermək, qanunun məzmununu dolğun açmaqla onun səlis izahını vermək bacarıqlarını nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb. İmtahan prosesi müşahidəçilər tərəfindən şəffaf prosedur kimi yüksək dəyərləndirilib. Cavab vərəqələri tam anonimləşdirildikdən sonra ikiqat yoxlama üsulu ilə qiymətləndiriləcək və nəticələr elan ediləcək. Hakimliyə namizədlərin sənədlərinin qəbulu davam edir və hakim olmaq istəyən hüquqşünaslar müsabiqəyə dəvət olunurlar.

DAVAM.AZ

Geri dön