Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Milli fəal fəal Nasir Xülusi ETTELAT tərəfindən tutuqlandı
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri > Milli fəal fəal Nasir Xülusi ETTELAT tərəfindən tutuqlandı

Milli fəal fəal Nasir Xülusi ETTELAT tərəfindən tutuqlandı


Son 15 gündə adını “İran İslam İnqilabı”nın rəhbəri qoyumuş ayətullah Seyidəli Xameneyinin əmri ilə İran adlı ölkədə, özəlliklə də Güney Azərbaycanda rejimə qarşı mücadilə aparan milli fəalların kütləvi şəkildə həbsləri gücləndirilibdir. Bütün tutuqlama əməliyyatlarına isə, birbaşa ETTELAT və SEPAH adlı yarıhərbi qüvvələr rəhbərlik edirlər. Rejimin təhlükəsizlik qüvvələri 2019-u il dekabrın 14-də Güney Azərbaycan Milli Hərəkatının fəallarından biri olan Nasir Xülusini Təbrizdə tutuqlayıb.
Nasir Xülusi Təbrizdə maşın sürdüyü zaman irqçi fars rejimin ETTELAAT qüvvələri tərəfindən saxlanılıb. Təbriz sakini olan mühəndis Nasir Xülusinin hazırda rejimin Təbrizdə yerləşən ETTELAAT İdarəsində saxlanılır. Milli fəalın nədə ittiham edildiyi və nə səbəbə görə yaxalandığı barədə heç bir məlumat yoxdur. Onu da qeyd edək ki, bundan öncələr də milli fəal dəfələrlə Nadir Xülusi rejimin məmurları tərəfindən həbs edilərək zindana salınmışdır.

DAVAM.AZ
“Təbriz Bürosu” (Güney Azərbaycan)

Geri dön