Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələsinin püşkü atılıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > İdman > UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələsinin püşkü atılıb

UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələsinin püşkü atılıb


UEFA-nın İsveçrədəki mənzil-qərargahında Çempionlar Liqasının 2019-2020-ci il mövsümünün səkkizdəbir final mərhələsinin püşkatma mərasimi keçirilib. Püşkün nəticələrinə əsasən, səkkizdəbir finalda komandalar aşağıdakı kimi qarşılaşacaqlar:

“Borussiya Dortmund” (Almaniya) - “Paris Sen-Jermen” (Fransa);
“Real Madrid” (İspaniya) - “Mançester Siti” (İngiltərə);
“Atalanta” (İtaliya) - “Valensiya” (İspaniya);
“Atletiko Madrid” (İspaniya) - “Liverpul” (İngiltərə);
“Çelsi” (İngiltərə) - “Bavariya" (Almaniya);
“Lion” (Fransa) - “Yuventus” (İtaliya);
“Tottenhem” (İngiltərə) - “Leyptsiq” (Almaniya);
“Napoli” (İtaliya) - “Barselona” (İspaniya);

Qeyd edək ki, səkkizdəbir final mərhələsinin ilk görüşləri fevralın 18-19-da və 25-26-da oynanılacaq. Cavab qarşılaşmaları isə martın 10-11-də və 17-18-də keçiriləcək.
UEFA Çempionlar Liqasının final matçı Türkiyə millisinin ev oyunlarını keçirdiyi Atatürk Olimpiya Stadionunda təşkil olunacaq.

DAVAM.AZ

Geri dön