Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Siyasət > Fransada təqaüd islahatlarına etiraz olaraq tətil və nümayişlər davam edir
Fransada təqaüd islahatlarına etiraz olaraq tətil və nümayişlər davam edir |
Dekabrın 16-da - tətilin 12-ci günündə nəqliyyat sistemində sürücülərin 70 faizi işə çıxmayıb. Milad bayramı ərəfəsində nəqliyyat sistemində tətilin dayandırılacağı ilə bağlı fikirlər səsləndirilsə də, həmkarlar ittifaqları bunun qeyri-mümkün olduğunu bildirib. Qeyd edilib ki, yeni təqaüd layihəsi geri götürülmədiyi təqdirdə, tətil davam edəcək. Bu gün səhər saatlarında İl-de-Frans regionunda tıxacın uzunluğu 600 kilometri keçib. Turizm sahəsində də problemlər yaranıb. Turistlərin əksəriyyəti rezervasiyalarını ləğv ediblər. Mehmanxanalar bununla bağlı narahatlıqlarını bildiriblər. Xatırladaq ki, 2018-ci ildə Milad bayramı ərəfəsində yalnız dəmir yollarından 8 milyon sərnişin istifadə edib.
DAVAM.AZ “Avropa Bürosu” Geri dön |