Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Qalaktikada bir ulduz və ekzoplanetə “Məhsəti” və “Gəncə” adları verilib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər > Qalaktikada bir ulduz və ekzoplanetə “Məhsəti” və “Gəncə” adları verilib

Qalaktikada bir ulduz və ekzoplanetə “Məhsəti” və “Gəncə” adları verilib


Beynəlxalq Astronomiya İttifaqının (BAİ) 100 illik yubileyi münasibətilə dünyanın 110-dan çox ölkəsində təşkil edilən "BAİ100 Ekzoplanetləri adlandırın" müsabiqəsinin nəticələri ictimaiyyətə açıqlanıb. N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından verilən məlumata görə, BAİ tərəfindən hər bir ölkəyə adlandırılması üçün həmin ölkədən görünən və kiçik teleskoplarla belə müşahidə edilə biləcək qədər parlaq ulduz təyin edilib. İştirakçı ölkələrdə Milli Kordinatorlar tərəfindən müsabiqə təşkil edilib, ictimaiyyətin təklifləri qəbul edilib və müsabiqə şərtlərinə uyğun gələn 10 ən yaxşı təklif seçilərək ictimai səsverməyə qoyulub. Səsvermənin nəticələrinə əsasən, 3 ən çox səs toplamış təklif dəyərləndirilməsi üçün BAİ-na təqdim edilib. Bu çoxmərhələli prosesdə dünyanın 110-dan çox ölkəsindən 780000 həvəskar və peşəkar astronom iştirak edib. Müsabiqə çərçivəsində adlandırılması üçün Azərbaycana “Ophiuchus” bürcündə yerləşən HD 152581 ulduzu və onun ətrafında hərəkət edən HD 152581b ekzoplaneti təyin edilib. AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası, Tusi-Bohm Planetarium və Beynəlxalq Astronomiya İttifaqının Astronomiya Əlaqələndirmə İdarəsinin Azərbaycan nümayəndəliyinin təşkilatçılığı ilə Azərbaycanda təşkil olunan müsabiqədə tarixi şəxslər, coğrafi adlar, memarlıq abidələri və s. kimi müxtəlif səpkili mövzuları əhatə edən mindən çox adla bağlı təklif qeydə alınıb. Qeydə alınan təkliflər dəyərləndirilib və 10 təklif seçilərək səsverməyə çıxarılıb. İctimai səsvermədə ən çox səs toplamış 3 təklif Beynəlxalq Astronomiya İttifaqına təqdim olunub. Beynəlxalq Astronomiya İttifaqı müsabiqə nəticələrini dəyərləndirərək, qaliblərin adını açıqlayıb. Azərbaycan üçün təyin edilmiş ulduz və ekzoplanetə Natella Kərimova tərəfindən təklif edilən “Məhsəti” və “Gəncə” adları “BAİ100 Ekzoplanetləri adlandırın” müsabiqəsinin qalibi seçilib. Qeyd edək ki, qalib gələn adlar mövcud elmi nomenklatura ilə paralel istifadə ediləcək.

DAVAM.AZ

Geri dön