Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Saatlı və ətraf rayonların əhalisinə pulsuz hüquqi yardım göstəriləcək
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Hüquq > Saatlı və ətraf rayonların əhalisinə pulsuz hüquqi yardım göstəriləcək

Saatlı və ətraf rayonların əhalisinə pulsuz hüquqi yardım göstəriləcək


Azərbaycan Respublikasının Vəkillər Kollegiyası Prezident İlham Əliyevin ötən il fevralın 22-də imzaladığı “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamına əsasən hüquqi məsləhətə ehtiyacı olan aztəminatlı şəxslərə ödənişsiz hüquqi xidmətlərin göstərilməsini davam etdirir. Vəkillər Kollegiyasından bildiriblər ki, silsilə tədbirlər çərçivəsində dekabrın 21-də saat 10:00-13:00-dək Şirvan regional vəkil bürosu tərəfindən Saatlı Rayon Gənclər Mərkəzində Saatlı və ətraf rayonlarda yaşayan vətəndaşlara ödənişsiz hüquqi yardım göstərilməsi nəzərdə tutulub.
Xatırladaq ki, dövlətimizin başçısının Sərəncamına əsasən, Vəkillər Kollegiyasına hüquqi məsləhətə ehtiyacı olan aztəminatlı şəxslər üçün pulsuz hüquqi xidmətlərin göstərilməsi tövsiyə edilib. Bu tövsiyənin icrası ilə əlaqədar müvafiq tədbirlər respublikanın digər regionlarında da müntəzəm olaraq təşkil olunacaq.

DAVAM.AZ

Geri dön