Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Marneulidə polis binasının qarşısında etiraz aksiyası keçirilib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Borçalı > Marneulidə polis binasının qarşısında etiraz aksiyası keçirilib

Marneulidə polis binasının qarşısında etiraz aksiyası keçirilib


Marneuli rayonunda Mülki Məşğulluq və Aktivizm Mərkəzinin üzvləri 15 yaşlı Luka Siradzenin xatirəsinə dəstək aksiyası keçiriblər. Dəstək aksiyası Marneuli polis idarəsinin qarşısında baş tutub. Aksiya iştirakçıları əllərində "Bağışla bizi Luka" "Bu həyatın anasını" şuarları yazılan plakatlar tutublar. Daha sonra isə gənclər simvolik olaraq polis idarəsinin qarşısına, məktəb çantaları, dəftər və qələm düzüblər. 15 yaşlı Luka Siradzenin xatirəsinə təşkil olunan aksiyaya müxalif "Vahid Milli Hərəkat" partiyasının Marneuli qərargahının üzvləri eləcə də "Avropalı Gürcüstan" partiyasının üzvləri də qatılıblar.
Məlumat üçün xatırladaq ki, 15 yaşlı Luka Siradze təhsil aldığı məktəbin divarına "Bu həyatın anasını..." ifadəsini yazdığı üçün polisə çağırılıb. O polis bölməsindən ayrıldıqdan sonra özünü yaşadığı binanın 9-cu mərtəbəsindən ataraq intihar edib. Yeniyetmə xəstəxanaya yerləşdirilsədə onun həyatını xilas etmək mümkün olmayıb.

DAVAM.AZ
“Tiflis Bürosu” (Gürcüstan)

Geri dön