Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Bakıda kibertəhlükəsizlik üzrə kurs keçirilir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Hərb > Bakıda kibertəhlükəsizlik üzrə kurs keçirilir

Bakıda kibertəhlükəsizlik üzrə kurs keçirilir


Azərbaycan-NATO əməkdaşlığı çərçivəsində, NATO-nun Sülh və Təhlükəsizlik Naminə Elm Proqramının dəstəyi ilə Bakıda dövlət qurumlarının kiber mütəxəssisləri üçün “Təkmilləşdirilmiş kibermüdafiə üzrə təlim” kursu keçirilir. Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, kursun əsas məqsədi müxtəlif dövlət qurumlarında çalışan kibertəhlükəsizlik mütəxəssislərinin biliklərinin təkmilləşdirilməsi və onların müasir qlobal çağırışlara qarşı hazırlıqlarının artırılmasıdır.
Dekabrın 28-dək davam edəcək tədbirin sonunda kursu müvəffəqiyyətlə başa vuran iştirakçılara sertifikatlar təqdim olunacaq.

DAVAM.AZ

Geri dön