Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > “Liverpul” tarixində ilk dəfə klublararası dünya çempionatının qalibi olub
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > İdman > “Liverpul” tarixində ilk dəfə klublararası dünya çempionatının qalibi olub

“Liverpul” tarixində ilk dəfə klublararası dünya çempionatının qalibi olub


İngiltərənin “Liverpul” və Braziliyanın “Flamenqo” komandaları qarşılaşıb. Qətərin paytaxtı Dohadakı “Xalifa” stadionunda keçirilən görüşün əsas vaxtında hesab açılmayıb. Oyuna əlavə olunmuş vaxtın 9-cu dəqiqəsində “Liverpul” klubu hesabı açıb. Müdafiəçilərin səhvindən sonra Sadio Manenin gözəl ötürməsini Roberto Firmino qola çevirib. Qalan dəqiqələrdə qapısını toxunulmaz saxlayan “Liverpul” 1:0 hesabı ilə qələbə qazanaraq tarixində ilk dəfə klublararası dünya çempionatının qalibi olub.
İngilislər klublararası çempionatın üç dəfə (1981, 1984, 2005) finalçısı olub. Hər üç görüşdə “Flamenqo”, “İndependyente” və “San-Paolo” komandalarına uduzub.
Turnirdə üçüncü yer uğrunda mübarizədə Səudiyyə Ərəbistanının “Əl Hilal” klubu Meksikanın “Monterrey” komandasını məğlub edib - 2:2 (penalti zərbələri - 4:3).
Qeyd edək ki, klublararası dünya çempionatı planetin ən güclü klubları arasında oynanılır. 1960-ci ildən etibarən təşkil olunan turnirin son üç ildə qalibi İspaniyanın “Real Madrid” klubu olub.

DAVAM.AZ

Geri dön