Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycan idmançısı kəmər güləşi üzrə dünya çempionu olub
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > İdman > Azərbaycan idmançısı kəmər güləşi üzrə dünya çempionu olub

Azərbaycan idmançısı kəmər güləşi üzrə dünya çempionu olub


Qazaxıstanın paytaxtı Nur-Sultanda kəmər güləşi üzrə dünya çempionatı keçirilib.
Mundialda 100 kiloqramdan yuxarı çəki dərəcəsində mübarizə aparan Camal Feyziyev birinci görüşündə Çin idmançısını məğlub edib. Qırğızıstan təmsilçisini təmiz qələbə ilə üstələyən idmançımız yarımfinalda özbəkistanlı rəqibinə qalib gəlib. C.Feyziyev finalda İran təmsilçisini udaraq dünya çempionu adını qazanıb.
Yarışda ədaləti hakim Rəsul Həsənov qoruyub. Qeyd edək ki, çempionata 30 ölkədən 200 idmançı qatılıb.

DAVAM.AZ

Geri dön