Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Ermənilər Azərbaycan prezidentinin səfəri ilə bağlı təxribat hazırlayıblar
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm > Ermənilər Azərbaycan prezidentinin səfəri ilə bağlı təxribat hazırlayıblar

Ermənilər Azərbaycan prezidentinin səfəri ilə bağlı təxribat hazırlayıblar


Sentyabrın 18-də Azərbaycan prezidenti İlham Əliyevin Fransaya səfəri gözlənilir və bu ölkədəki ermənilər səfərlə bağlı xüsusi hazırlıq görüblər. ANS PRESS-in News.am saytına istinadən verdiyi məlumata görə, bunu “Ay dat” təşkilatının Fransa ofisinin rəhbəri Qraçya Varjapetyan deyib. Onun sözlərinə görə, ermənilər etiraz aksiyaları hazırlayıblar.

Qraçya Varjapetyan bildirib ki, aksiya Azərbaycanın Fransadakı səfirliyinin binası qarşısında keçiriləcək. Ermənilər Azərbaycan Ordusunun zabiti Ramil Səfərovun əfvi ilə yanaşı, rəsmi Bakının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yürütüyü siyasətə də etiraz edəcəklər.

Prezident İlham Əliyevin səfəri rəsmi xarakter daşımasa da, Fransa erməniləri rəsmi Parisi səfərə icazə verildiyi üçün qınamağa da hazırlaşırlar. Qraçya Varjapetyan onu da deyib ki, aksiyalarda bəzi fransalı siyasətçilər və bir sıra ictimai təşkilatların nümayəndələri də iştirak edəcək.

Geri dön