Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Bakıda Azərbaycan-Türkiyə işgüzar dəyirmi masası keçirilib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > İqtisadiyyat > Bakıda Azərbaycan-Türkiyə işgüzar dəyirmi masası keçirilib

Bakıda Azərbaycan-Türkiyə işgüzar dəyirmi masası keçirilib


Dekabrın 26-da Bakıda Azərbaycan-Türkiyə işgüzar dəyirmi masası keçirilir.
Tədbirdə İqtisadiyyat naziri Mikayıl Cabbarov ölkələrimiz arasında qardaşlıq və dostluq münasibətlərinin tarixi köklərə söykəndiyini deyib. Qeyd edib ki, Azərbaycan-Türkiyə arasında iqtisadi-ticarət əlaqələri dinamik inkişaf edir.
“Gələn ilin fevralında Bakıda hər iki ölkənin iş adamlarından ibarət “Sərmayə imkanları” mövzusunda təqdimat olacaq", - deyə nazir diqqətə çatdırıb. Türkiyənin Ticarət naziri Ruhsar Pekcan iki ölkə arasında ticarət dövriyyəsinin artırılması üçün əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb. Görüşdə Azərbaycan-Türkiyə iqtisadi əlaqələrinin mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib.

DAVAM.AZ

Geri dön