Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Marneuli bələdiyyəsinin deputatı Rəhim Əsgərov sərbəst buraxılıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Borçalı > Marneuli bələdiyyəsinin deputatı Rəhim Əsgərov sərbəst buraxılıb

Marneuli bələdiyyəsinin deputatı Rəhim Əsgərov sərbəst buraxılıb


Müxalif "Vahid Milli Hərəkat" partiyasının üzvü və Marneuli bələdiyyə məclisinin deputatı Rəhim Əsgərov sərbəst buraxılıb. Müxalif partiyanın deputatı 25 dekabr tarixində Rustavidə baş tutan məhkəmə zalından hakimin qərarı əsasında azad olunub.
Rəhim Əsgərova yaxın olan və müxalif "Vahid Milli Hərəkat" partiyasının Marneuli qərargahının fəal üzvlərindən biri Ramal Əhmədov bildirib ki, R.Əsgərov günahsızdır və o bu gün məhkəmə zalından sərbəst buraxıldı: "2020-ci ilin 20 yanvar tarixində onun işi üzrə məhkəmə yenidən keçiriləcək".
Xatırladaq ki, 2019-cu ilin 28 mart tarixində Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis İdarəsinin əməkdaşları, Rəhim Əsgərovu hakimin qərarı əsasında gözaltına alıb. Müxalifət üzvü rüşvət almaqda ittiham olunub. Onun işi üzrə məhkəmə Gürcüstan Cinayət Məcəlləsinin 338-ci maddəsinin 1-ci bəndi üzrə aparılıb.

DAVAM.AZ
“Tiflis Bürosu” (Gürcüstan)

Geri dön