Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Narkotik vasitələrin satışı ilə məşğul olan şəxslər tutulublar
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Hadisə > Narkotik vasitələrin satışı ilə məşğul olan şəxslər tutulublar

Narkotik vasitələrin satışı ilə məşğul olan şəxslər tutulublar


Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Salyan rayon sakini, əvvəllər oğurluğa görə məhkum olunmuş V.Cavadov Binəqədi Rayon Polis İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, ondan 2 qrama yaxın heroin götürülüb. Davam etdirilən tədbirlərlə ona narkotik vasitəni satmaqda şübhəli bilinən Ordubad rayon sakini, əvvəllər məhkum olunmuş E.Süleymanov da polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb. Ondan 3 qramdan artıq, Nəsimi rayonu ərazisindəki kirayədə yaşadığı mənzildən isə 2 kiloqram 600 qram heroin, 256 qrama yaxın tiryək, 99 qramdan çox metamfetamin, 3 elektron tərəzi və 150 min İran rialı aşkar edilərək götürülüb. Faktla bağlı araşdırmalar davam etdirilir.

DAVAM.AZ

Geri dön