Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının idarə heyəti ilin yekunları ilə bağlı hesabat verib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər > Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının idarə heyəti ilin yekunları ilə bağlı hesabat verib

Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının idarə heyəti ilin yekunları ilə bağlı hesabat verib


“Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin idarə heyətinin ilin yekunları ilə bağlı iclası keçirilib. Dağlıq Qarabağın Azərbaycan icmasının sədri Tural Gəncəliyev rəhbərlik etdiyi qurumun 2019-cu ildəki fəaliyyəti və həyata keçirilən layihələrlə bağlı geniş məlumat verib. İcma sədri ötən müddət ərzində görülən işlərin səmərəli olduğunu diqqətə çatdırıb. Bildirib ki, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin yeni idarə heyətinin formalaşmasından bir il ötür. Vurğulayıb ki, Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması beynəlxalq əlaqələri, analitik-informasiya sahəsini, ictimaiyyətlə və media qurumları ilə əlaqələri, sosial şəbəkələrdə fəaliyyəti, ölkədaxili tədbirlərdə iştirakı və digər bu kimi vacib məsələləri diqqətdə saxlayıb.
Qeyd edilib ki, beynəlxalq təşkilatların nümayəndələri ilə mütəmadi görüşlərin keçirilməsi, Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının müxtəlif məsələlərlə bağlı mövqeyinin bu qurumların təmsilçilərinin diqqətinə çatdırılması əsas məqsədlərdən olub. Bu baxımdan, ATƏT-in sədri Miroslav Layçakın rəhbərlik etdiyi nümayəndə heyəti, ATƏT-in Minsk qrupunun həmsədrləri, üzvü olan digər ölkələrin, Azərbaycanda fəaliyyət göstərən səfirləri ilə, həmçinin Avropa İttifaqının, Avropa Şurası, BMT, Qızıl Aypara Komitəsinin Bakı ofislərində keçirilən görüşlər xüsusi əhəmiyyətə malikdir.
Tural Gəncəliyev sosial şəbəkələrdə fəaliyyətin, ictimaiyyət, xüsusilə gənclər və media qurumları ilə əlaqələrin qurulmasının, xarici ölkələrin mətbuatına icma üzvlərinin müsahibələrinin əhəmiyyətini vurğulayıb. Sonra İdarə Heyətinin üzvləri Əli Həsənov, Fərhad Bədəlbəyli, Elçin Əhmədov və başqaları cari il ərzində görülən işlərlə bağlı fikirlərini bölüşüblər. Vurğulanıb ki, Azərbaycan tərəfi hər zaman Ermənistan-Azərbaycan münaqişəsinin qarşılıqlı anlaşma və sülh yolu ilə həllinin tərəfdarı olub.

DAVAM.AZ

Geri dön