Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Türk şəhəri Tikantəpədə PKK sevdalısı molla rejimi
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri > Türk şəhəri Tikantəpədə PKK sevdalısı molla rejimi

Türk şəhəri Tikantəpədə PKK sevdalısı molla rejimi


Güney Azərbaycanın Urmu vilayətinin Tikantəpə şəhərində bələdiyyə hakimiyyətinin başçısı vəzifəsinə Tehran molla rejimi tərəfindən təyin edilmiş kürd kökənli, PJAK və PKK tipli terror təşkilatlarının himayədarı kimi tanınan Nasih Məhəmmədxaninin qərarı ilə bu addım atılıbdır. Əslən Divandərədən olan Tikantəpənin bələdiyyə sədri Nasih Məhəmmədxani şəhərdə Pejakın simvollarından sonra, indi də PKK terror təşkilatının bayrağını hazırladıb.
Bayrağın şəkli Tikantəpənin Millət Bağı bölgəsində uşaqlar üçün hazırlanmış oyun meydançasında yerə çəkilib. Nasih Məhəmmədxani son dərəcə həyasızlıqla bu fotonu şəhər bələdiyyəsinin rəsmi İnstagram səfihəsində paylaşıb. Fotonun üzərində layihənin birbaşa Nasih Məhəmmədxaninin göstərişi ilə icra edildiyi yazılıb. Kürd terrorizmi tərəfdarı olan bu bələdiyyə sədri digər İnstagram postlarından fərqli olaraq, insanların narazılıq edəcəyini bildiyindən, sözügedən şəkildə komment bölməsini bağlayıb. Cari ilin oktyabr ayında Tikantəpənin yerli olmayan bu bələdiyyə sədri içərisində PJAK terror təşkilatının simvollarını özündə əks edilmiş dəf musiqi alətinin simvolunun hazırladıb, şəhərin Şərifabad küçəsində asdırmışdı. Şəhər əhalisinin etirazlarından sonra PJAK elementləri oradan qaldırılmışdı.
Nasih Məhəmmədxaninin Tikantəpənin bələdiyyə başçısı təyin edilməsindən sonra şəhərdə yerli türklərlə gəlmə kürdlər arasında gərginliklər artmaqdadır. Hətta dekabrın 20-də Nasih Məhəmmədxaninin tərəfdarları olan kürdlərlə yerli türk əhali arasında qarşıdurma yaşanmış, nəticədə 116 nəfər polis tərəfindən saxlanmışdı.
Nasih Məhəmmədxani bu ilin may ayına qədər özünün doğulduğu şəhərdə bələdiyyə sədri olmuş və daha sonra istefa vermişdi. Əldə etdiyimiz bilgilərə görə, ETTELAAT-ın Divandərə şöbəsində onun barəsində təhlükəsizlik məsələlərilə əlaqəli cinayət işi baladılıbmış və Məhəmmədxani də buna görə istefa verməli olub. Həmin vaxt Divandərə Şəhər Şurasının üzvü Mazyar Həbibi istefa ilə əlaqədar bildirmişdi ki, “şəhərin bələdiyyə sədri şəxsi problemlərə görə işinə davam edə bilməyəcək”. Şübhəli əməllərinə görə onun haqqında təhlükəsizlik məsələlərilə bağlı cinayət işi açılmış Məhəmmədxani Tikantəpə Şəhər Şurasının xain üzvü Humayun Haşimi, eləcə də Süməyya Almasi və Hüseyn Mikayıli adlı digər 2 üzvü “canfəşanlığı” və yardımı ilə şəhərə bələdiyyə sədri təyin edilib.
Bölgədə köçmən kürdlər tərəfindən fəaliyyət göstərən terrorçu kürd təşkilatları ilə sıx əlaqəsi olan Nasih Məhəmmədxani onların maraqlarını təmin etmək üçün dəridən-qabıqdan çıxır. Bələdiyyə sədrinin İnstagram səhifəsindəki paylaşımları və tərəfdarlarının kommentlərinə diqqət yetirdikdə, onların necə radikal təfəkkürə yanaşı, kürd terrorizmini dəstəkləyən baxışlara malik olduqları aydın olur. Sədr onu tənqid edənlərin şərhlərini silir, tərəfdarları isə həmin tənqidçinin səhifəsini şikayət edərək sildirirlər.

DAVAM.AZ
“Təbriz Bürosu” (Güney Azərbaycan)

Geri dön