Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Milli fəal və vəkil Məhəmməd Güneylinin üçüncü məhkəmə iclası keçirilib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri > Milli fəal və vəkil Məhəmməd Güneylinin üçüncü məhkəmə iclası keçirilib

Milli fəal və vəkil Məhəmməd Güneylinin üçüncü məhkəmə iclası keçirilib


Həyatdaykən Məlikanın (Məlik kəndi) sözdə millət vəkili Salman Xudadadinin cinsi təcavüzünə məruz qalan Zəhra Nəvidpurun qətl hadisəsini araşdıran vəkil və Güney Azərbaycan Milli Hərəkatının fəalı Məhəmməd Güneylinin üçüncü məhkəmə iclası keçirilib. Təbrizdəki mollakratiya rejiminin irticasının hüquqi mənada dayağı olan yerli məhkəmənin 2-ci şöbəsində keçirilən iclasda irəli sürülən ittihamlarla bağlı prokurorluq və “Sepah”ın nümayəndələri də iştirak edib.
Hakim Cinayət Prosessual məcəlləsinin 280-cı maddəsinə uyğun olaraq milli fəalın ittihamlarından birini dəyişib. Halbuki, bundan əvvəl düşmən ölkələrə casusluqda günahlandırılan Məhəmməd Güneylinin ittihamı İslam Cümhuriyyətinə düşmən olan dövlətlərlə irtibat qurmaq və əməkdaşlıq etməklə dəyişdirilib.
Vəkil Məhəmməd Güneyli prokurorluq tərəfindən hazırlanan iddianamədə “hökumətə müxalif olan qrupların xeyirinə olaraq rejimin əleyhinə təbliğat aparmaq və virtual məkanda İslam Cümhuriyyətinin əleyhinə yalan məlumat yaymaqla milli təhlükəsizliyi pozmağa cəhd götərmək”, “müəyyən rəsmi məlumatları səlahiyyəti olmayan şəxslərə ötürmək” və “İslam Cümhuriyyətinin əleyhinə düşmən dövlətlərə casusluq etmək” kimi qondarma ittihamlarla üzləşib.
Bundan əvvəlki məhkəmə iclasında milli fəalın vəkilləri dosyedə sözügedən dövlət rəsmisi və onun sözdə əlaqədə olduğu dövlətlərin adının açıqlanması və iddianı sübut edən sənədlərin təqdim olunmasını tələb ediblər. Lakin proses zamanı tələb olunan sənədlər təqdim olunmayıb. Hakim Ehrari ikinci məhkəmə iclasının sonunda milli fəalı “virtual məkanda yalan məlumat yaymaq və millətçilik zəminində mətləblər paylaşmaqla sistemin əleyhinə təbliğat aparmaq” ittihamına görə 6 ay həbs cəzasına məhkum edib. Hökmə Apellyasiya Məhkəməsində baxıla bilər.
Məhəmməd Güneyli Zəhra Nəvidpurun şübhəli şəkildə ölümü ilə bağlı məhkəmə işini üzərinə götürmək üçün araşdırma apardığı zaman 2019-cu il yanvar ayının 23-də “Sepah”ın kəşfiyyat əməkdaşları tərəfindən saxlanmış, 11 ay cismi və ruhi işgəncələr altında saxlanılan vəkil 2019-cu il noyabrın 16-da 850 milyon tümənlik mülki vəsiqə qarşılığında müvəqqəti olaraq sərbəst buraxılıb. O saxlandıqdan sonra Vəkillər Kollegiyası Mərkəzi məhkəmə hökmü ilə onun adını siyahıdan çıxarıb, onun vəkillik lisenziyası ləğv edilib.
Xatırladaq ki, Zəhra Nəvidpur həyatdaykən Məlikanın sözdə millət vəkili Salman Xudadadi tərəfindən 4 il cinsi təcavüzə məruz qalıb. Bu məsələni ifşa edən 28 yaşlı qız millət vəkili və onun əlaltıları tərəfindən təhdid edilmişdir. Zəhra Nəvidpurun cansız bədəni 2019-cu il yanvarın 6-da anasının evində tapılıb.
Azərbaycanlı vəkilin ötən məhkəmə iclasları noyabr və dekabr aylarında keçirilib.

DAVAM.AZ
“Təbriz Bürosu” (Güney Azərbaycan)

Geri dön