Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Fars şovinizmindən rəzalət: Türk dilində danışdığı üçün aparıcı işdən qovuldu
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri > Fars şovinizmindən rəzalət: Türk dilində danışdığı üçün aparıcı işdən qovuldu

Fars şovinizmindən rəzalət: Türk dilində danışdığı üçün aparıcı işdən qovuldu


Tehran mərkəzli irqçi fars-molla rejimi dərəcədə ifrat səviyyəyə çatıb ki, Türk kökənli aparıcıya öz xalqının dilində danışdığı qadağan ediblər. Belə ki, Tehranda Dövlət Teleradio Şirkətinin aparıcısısı və Güney Azərbaycanın Zəncan şəhəri kökənlı olan aparıcı Payan Dadaşinin Türk dilində danışdığı üçün işinə məhdudiyyət qoyublar. Bir neçə gün əvvəl Güney Azərbaycanın Tarım şəhərindən olan bir gənc Zəncan Vilayəti Telekanalının “Gecələr” verilişinə dəvət olunub. Aparıcı özünü fars dilində təqdim bir soydaşımıza aparıcı Payan Dadaşi ona xatırladıb ki, bu veriliş Türk dilindədir. Bundan sonra verilişin qonağı ana dilində söhbət edib. Proqramın davamında ekranda “Kətləxor garı”nın reklamı gedib. Bundan sonra aparıcı izləyicilərə xitabən “ğar” sözünün türkcə mənasını soruşub. Suala səs operatoru və kameraman cavab verərək “ğar” sözünün türk dilində “köhül” (mağara) olduğunu deyiblər. Beləliklə, Payan Dadaşı Teleradio Şirkəti rəsmilərinin qəzəbinə tuş gəlib. O türk dilinmdə danışdığı üçün bir neçə həftə verilişi aparmasına qadağa qoyulub.

DAVAM.AZ
“Təbriz Bürosu” (Güney Azərbaycan)

Geri dön