Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Qaşqay türklərinin ünlü musiqiçisi Furud Qorginpur dünyasını dəyişdi
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri > Qaşqay türklərinin ünlü musiqiçisi Furud Qorginpur dünyasını dəyişdi

Qaşqay türklərinin ünlü musiqiçisi Furud Qorginpur dünyasını dəyişdi


Qaşqay türklərinin görkəmli musiqiçisi, skripka və kamança ifaçısı Furud Qorginpur dünyasını dəyişib. Musiqi ustadının 2019-cu ilin son günündə Tehranda ürək tutmasından vəfat etdiyi bildirilir.
Furud Qorginpur erkən yaşlarında akkordeon öyrənməklə musiqi sənətinə qədəm qoyub və 1975-ci ildə Tehran Universitetində musiqi üzrə təhsilini bitirdikdən sonra kamança ifa etməyə başlayıb. Sonrakı illərdə ölkə daxilində keçirilən festivallarda kamança və skripkada solo ifaçısı kimi birinci yerə layiq görülüb.
Ustad Furudun həyat yoldaşı Əfanə Cahangiri də Qaşqay türklərinin məşhur müğənnilərdəndir. Mərhum Furud Qorginpurun atası Həbib setar ifaçısı olub. Həbibin Mustafa, Furud, Fərhad və Pəriçöhr adlı 4 övladı olub. Həbib Qorqinpurun bütün övladları musiqiçi olublar. Furudun qardaşı Fərhad Qorginpur ötən ilin noyabr ayında Şirazda vəfat edib.

DAVAM.AZ
“Təbriz Bürosu” (Güney Azərbaycan)

Geri dön