Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Ərdəbildə tutuqlananların sayı ölkə üzrə orta hesabdan çoxdur
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri > Ərdəbildə tutuqlananların sayı ölkə üzrə orta hesabdan çoxdur

Ərdəbildə tutuqlananların sayı ölkə üzrə orta hesabdan çoxdur


“Ərdəbil əyalətində ağır ittihamlara görə həbs olunan məhbusların sayı ölkə üzrə orta hesabdan çoxdur. Bu istiqamətdə yeni tədbirlər görülməlidir.” Bu sözləri Ərdəbil Əyaləti Ədliyyə İdarəsinin rəisi Nasir Ətəbati əyalət şəhərlərinin prokurorları ilə keçirdiyi iclasda deyib.
“Məhkəmə Sisteminin rəisi həllini gözləyən işlərə baxılması və ağır ittihamlara görə həbs olunan məhbusların sayının azaldılması barədə tapşırıq verib. Verilən tapşırıq ən qısa zamanda yerinə yetiriləcək.”- deyə o qeyd edib.
Nasir Ətəbati məhkəmə orqanlarını ağır cinayətlər, xüsusi ilə də maliyyə məsələləri ilə bağlı həbs olunan məhbusların sayını azaltmağa çağırıb. O, eyni nzamanda bildirib ki, məhbusların sayını azaltmaq üçün həbs hökmünü əvəz edən cəzalardan istifadə olunmalıdır.
Qeyd edək ki, Güney Azərbaycanın bütün əyalətlərində həbsxanalar məhbuslarla doludur. Hətta əksər cəzaçəkmə müəssisələrində tutumundan bir neçə dəfə çox məhbus saxlanılır. Məhbusların əksəriyyətinin ittihamları maliyyə məsələlərindən qaynaqlanır.

DAVAM.AZ
“Təbriz Bürosu” (Güney Azərbaycan)

Geri dön