Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Güney Azərbaycanda kənd evlərinin 70 faizi təbii fəlakətlərə qarşı davamsızdır
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri > Güney Azərbaycanda kənd evlərinin 70 faizi təbii fəlakətlərə qarşı davamsızdır

Güney Azərbaycanda kənd evlərinin 70 faizi təbii fəlakətlərə qarşı davamsızdır


Güney Azərbaycan Mənzil Fondunun başqanı təmsil etdiyi əyalətdə kənd evlərinin əksəriyyətinin təbii fəlakətlərə qarşı davamsız və ya az davamlı olduğunu bildirib.
Mahmud Bədəli bu barədə bazar günü ölkə KİV-lərinə açıqlama vermək zorunda olduğunu bilbdiribdir.
“Güney Azərbaycanda qərb bölgələrində 2 min 725 kənd var. Kəndlərdə 258 min fərdi yaşayış evi var. 2 min 200 kəndin hər birində 20-dən çox ailə yaşayır.”- deyə o bildirib.
Mahmud Bədəli sözlərinin davamında kənd evlərinin 70 faizinin təbii fəlakətlərə qarşı davamsız və ya az davamlı olduğunu qeyd edib. Onun sözlərinə görə, yalnız 30 faiz evlər təbii fəlakətlərə qarşı davamlı tikilib. Mahmud Bədəli onu da bildirib ki, kənd evlərinin zəlzələyə davamlılığını artırmaq Güney Azərbaycan Əyaləti Mənzil Fondu üçün prioritet məsələdir, lakin əhali özü də bu istiqmaətdə fəal olmalıdır.

DAVAM.AZ
“Təbriz Bürosu” (Güney Azərbaycan)

Geri dön