Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Marneulinin susuzluqdan əziyyət çəkən kəndinin sakinləri etiraz aksiyası keçiriblər
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Borçalı > Marneulinin susuzluqdan əziyyət çəkən kəndinin sakinləri etiraz aksiyası keçiriblər

Marneulinin susuzluqdan əziyyət çəkən kəndinin sakinləri etiraz aksiyası keçiriblər


Marneulinin susuzluqdan əziyyət çəkən kəndinin sakinləri etiraz aksiyası keçiriblər
Gürcüstanın Marneuli rayonunun Algeti Vinsovxoz kəndinin sakinləri illərdir içməli və suvarma suyunun olmamasından əziyyət çəkirlər. Kəndin bir qrup sakini Marneuli meriyasının binası qarşısında etiraz aksiyası keçiriblər.
Aksiya iştirakçıları bildiriblər ki, içməli suyu evlərə qonşu kəndlərdən gətirirlər və ya pulla alırlar. Marneuli meri Zaur Darğallı etirazçıları qəbul edərək kəndə su xəttinin çəkilməsi məqsədilə vəsaitin ayrıldığını deyib. O qeyd edib ki, yeni xəttin inşası ilə bağlı tender elan olunacaq və layihənin iyun ayına qədər reallaşdırılacağı nəzərdə tutulub.

DAVAM.AZ
“Tiflis Bürosu” (Gürcüstan)

Geri dön