Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Aylardır qanunsuz tutuqlanan Babək Hüseyni Müqəddəmin sağlıq durumu ağırlaşıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri > Aylardır qanunsuz tutuqlanan Babək Hüseyni Müqəddəmin sağlıq durumu ağırlaşıb

Aylardır qanunsuz tutuqlanan Babək Hüseyni Müqəddəmin sağlıq durumu ağırlaşıb


2019-cu il noyabr ayında İran adlı ölkəni 40 ildir idarə edən mollakratiya rejimi tərəfindən gözlənilmədən benzin və neft məhsullarının qiymətlərinin 3 dəfə (300 faiz) artırılmasına görə ölkədə kütləvi şəkildə baş qaldıran etiraz mitinqləri zamanı qanunsuz olaraq tutuqlanan Güney Azərbaycan Milli Hərəkatının fəalı Babək Hüseyni Müqəddəmin sağlıq durumu yaxşı deyil. Milli fəal bu barədə ailə üzvləri ilə qısa telefon əlaqəsi saxlayaraq məlumat verib. O ailəsinə tibbi xidmətlər kitabçasının Ettelaat İdarəsinə təhvil verilməsini də tapşırıb. Milli fəal bədənində infeksiya yarandığını və ağrılardan əziyyət çəkdiyini bildirib.
Hüseyni Müqəddəm ailəsi bir neçə dəfə Məhkəmə və Ettelaat İdarəsinə müraciət edib, lakin onlara Babəkin vəziyyəti barədə heç bir məlumat verilməyib. Babək Hüseyni Müqəddəm 2019-cu il noyabrın 17-də Təbrizdə təhülkəsizlik qüvvələri tərəfindən saxlanılıb, o bir ay Ettelaat İdarəsinin təcridxanasında saxlandıqdan sonra Təbrizin Mərkəzi Zindanına köçürülüb.
Babək Hüseyni Müqəddəmin ailəsi 2019-cu il dekabrın 7-də fəalın qanunsuz saxlanması və onun vəziyyəti ilə bağlı məlumat almaq üçün rejimin Təbriz İnqilab Məhkəməsinin 16-cı şöbəsinə müraciət edib, hakim Musəviyə saxlanılanların nə zaman azadlığa buraxılacağını soruşublar. Hakim onlara cavab olaraq bildirib ki, saxlanılanların sərbəst buraxılmasını gözləməyin, onlar edam ediləcək. Musəvi həmçinin qeyd etmişdir ki, onların azadlığa buraxılması məndən asılı deyil. Biz Ettelaat İdarəsinin göstərişi ilə onların saxlanma müddətinin daha bir ay uzaldılması haqda qərar qəbul edəcəyik.

DAVAM.AZ
“Təbriz Bürosu” (Güney Azərbaycan)

Geri dön