Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Milli fəal və vəkil Məhəmməd Güneylinin məhkəməsi davam edir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri > Milli fəal və vəkil Məhəmməd Güneylinin məhkəməsi davam edir

Milli fəal və vəkil Məhəmməd Güneylinin məhkəməsi davam edir


Həyatdaykən Məlikanın (Məlik kəndi) sözdə millət vəkili olan Salman Xudadadinin cinsi təcavüzünə məruz qalan Zəhra Nəvidpurun qətl hadisəsini araşdıran Güney Azərbaycan Milli Hərəkatının fəalı və vəkil Məhəmməd Güneylinin dördüncü məhkəmə iclası keçirilib. Yanvarın 8-də Təbriz İnqilab Məhkəməsinin 2-ci şöbəsində keçirilən məhkəmə iclasında Güney Azərbaycanın Şərq Əyaləti Ettelaat İdarəsinin nümayəndəsi gözlənilməz şəkildə azərbaycanlı vəkili casus kimi tanımadığına dair raport təqdim edib. Məhkəmə prosesində Məhəmməd Güneyli və onun vəkilləri “Sepah” nümayəndəsi tərəfindən irəli sürülən casus ittihamını rədd ediblər. Lakin “Sepah”ın dirəniş göstərməsi məhkəmə prosesinin uzanmasına səbəb olub.
Milli fəalın vəkili Məcid Kuhpaye məhkəmə işinin çox mürəkkəbləşdiyini bildirib. O qeyd edib ki, “Sepah”ın kəşfiyyat bölümü bu işləri məhkəmə prosesini uzadır, “Sepah” məhkəməni çaşdıraraq fəal barəsində ağır hökm çıxarılmasına çalışır.
Qeyd edək ki, milli fəal 2019-cu il dekabrın 30-da “Sepah”ın kəşfiyyat əməkdaşları tərəfindən yenidən saxlanılıb. Ondan Azərbaycan Milli Hərəkatına qarşı bir video vasitəsi ilə etiraflar etməsi istənilib. Bunun qarşılığında fəala söz verilib ki, ona qarşı hazırlanan iddianamə geri götürüləcək və öz işini davam etdirə biləcək. Lakin fəal bununla razılaşmayıb. Təhlükəsizlik qüvvələri onu 6 saat saxladıqdan sonar sərbəst buraxmağa məcbur olublar. Azərbaycanlı vəkil prokurorluq tərəfindən hazırlanan iddianamədə “hökumətə müxalif olan qrupların xeyirinə olaraq sistemin əleyhinə təbliğat aparmaq və virtual məkanda İslam Cümhuriyyətinin əleyhinə yalan məlumat yaymaqla milli təhlükəsizliyi pozmağa cəhd götərmək”, “müəyyən rəsmi məlumatları səlahiyyəti olmayan şəxslərə ötürmək” və “İslam Cümhuriyyətinin əleyhinə düşmən dövlətlərə casusluq etmək” kimi qondarma ittihamlarla üzləşib.
Üçüncü məhkəmə iclasında hakim Cinayət Prosessual Məcəlləsinin 280-cı maddəsinə uyğun olaraq fəalın ittihamlarından birini dəyişib. Bundan əvvəl düşmən ölkələrə casusluqda günahlandırılan Məhəmməd Güneylinin ittihamı İslam Cümhuriyyətinə düşmən olan dövlətlərlə irtibat qurmaq və əməkdaşlıq etməklə dəyişdirilib. Hakim Ehrari ikinci məhkəmə iclasının sonunda azərbaycanlı fəalı “virtual məkanda yalan məlumat yaymaq və millətçilik zəminində mətləblər paylaşmaqla sistemin əleyhinə təbliğat aparmaq” ittihamına görə 6 ay həbs cəzasına məhkum edib. Məhəmməd Güneyli Zəhra Nəvidpurun şübhəli ölümü ilə bağlı məhkəmə işini üzərinə götürmək üçün araşdırma apardığı zaman 2019-cu il yanvarın 24-də “Sepah”ın kəşfiyyat əməkdaşları tərəfindən saxlanmışdır. 11 ay cismi və ruhi işgəncələr altında saxlanılan azərbaycanlı vəkil 2019-cu il noyabrın 16-da 850 milyon tümənlik mülki vəsiqə qarşılığında müvəqqəti olaraq sərbəst buraxılıb.
O saxlandıqdan sonra Vəkillər Kollegiyası Mərkəzi, məhkəmə hökmü ilə onun adını siyahıdan çıxarıb, onun vəkillik lisenziyası ləğv edilib. Xatırladaq ki, Zəhra Nəvidpur həyatdaykən Məlikanın sözdə millət vəkili Salman Xudadadi tərəfindən 4 il cinsi təcavüzə məruz qalıb. Bu məsələni ifşa edən 28 yaşlı qız millət vəkili və onun əlaltıları tərəfindən təhdid edilmişdir. Zəhra Nəvidpurun cansız bədəni 2019-cu il yanvarın 6-da anasının evində tapılıb.

DAVAM.AZ
“Təbriz Bürosu” (Güney Azərbaycan)

Geri dön