Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Bakıdakı bədii gimnastika üzrə dünya kuboku “Tokio 2020”yə lisenziya xarakteri daşıyacaq
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > İdman > Bakıdakı bədii gimnastika üzrə dünya kuboku “Tokio 2020”yə lisenziya xarakteri daşıyacaq

Bakıdakı bədii gimnastika üzrə dünya kuboku “Tokio 2020”yə lisenziya xarakteri daşıyacaq


2019-cu ildə uğurla təşkil edilmiş bədii gimnastika üzrə dünya və Avropa çempionatları da daxil 4 beynəlxalq yarışdan sonra Azərbaycan Gimnastika Federasiyası (AGF) cari ildə də bu növ üzrə yarışlara hazırlaşır.
AGF-dan verilən xəbərə görə gimnastikanın ən zərif nümayəndələrinin yarışları ənənəyə uyğun olaraq apreldə keçiriləcək. Aprelin 24-26-da təşkil ediləcək dünya kubokunda iştirak edəcək ölkələrin ilkin qeydiyyat siyahısı yaxın günlərdə bəlli olacaq. Kubokun iştirakçıları Olimpiadaya vəsiqə qazanmaq şansı əldə edəcəklər. Bakıda təşkil olunan dünya çempionatından “Tokio 2020”yə lisenziyasız qalan gimnastlar bu yarışlarda güclərini bir daha sınayacaqlar. Yarışın ilk 2 günü təsnifat mərhələləri baş tutacaq və çoxnövçülükdə ən yüksək xal toplamış 8 fərdi gimnast, həmçinin qrup komandaları final mərhələsinə adlayacaq. Yarışın sonuncu günü isə həlledici final mərhələsinin qalibləri müəyyənləşəcək. Ənənəyə uyğun olaraq, bu turnirdə də ən çox icra xalını yığmış gimnast və qrup komandasına ənənəvi “AGF Trophy” kuboku təqdim olunacaq.

DAVAM.AZ

Geri dön