Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Erməni silahlıları atəşkəsi iriçaplı pulemyotlarla pozdu - 24 dəfə
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Hərb > Erməni silahlıları atəşkəsi iriçaplı pulemyotlarla pozdu - 24 dəfə

Erməni silahlıları atəşkəsi iriçaplı pulemyotlarla pozdu - 24 dəfə


Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 24 dəfə pozub.
Müdafiə Nazirliyindən verilən məlumata görə, Ermənistan Respublikası İcevan rayonunun Berkaber kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı, Cəfərli kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub. Ağdam rayonunun işğal altında olan Tağıbəyli, Füzuli rayonunun Qaraxanbəyli, Horadiz kəndləri yaxınlığında yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

DAVAM.AZ

Geri dön