Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > MDHP sədri Fərəc Quliyev: -Prezidentliyə namizəd olacağam-.
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Özəl xəbər, Fərəc Quliyev > MDHP sədri Fərəc Quliyev: -Prezidentliyə namizəd olacağam-.

MDHP sədri Fərəc Quliyev: -Prezidentliyə namizəd olacağam-.


“Yaradılan qurumlar mövsümi xarakter daşıyır”

“2013-cü il Prezident seçkilərində namizədliyimi irəli sürəcəm”. Bunu AzNews.az-a Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri, millət vəkili Fərəc Quliyev deyib: “Seçkilərdə öz gücümüzü ortaya qoyacağıq. Hələ seçkilərə 1 ildən də çox müddət qalıb. Ona görə indidən hansısa uğurdan danışmaq düzgün deyil”.

Partiya sədrinin sözlərinə görə, Azərbaycandakı bloklar, qurumlar mövsümi xarakter daşıyır: “Partiyamız blok siyasətinə əl qoymur. İstəyirik ki, heç bir partiyanın qarşısında öhdəliyimiz olmasın. MDHP quruluşuna, formasına görə başqa partiyalardan fərqlənir. Partiya Departament İnstitutu olduğu üçün cəmiyyətin əksər hissəsi qəbul edir. Ehtiyac görmürük, hansısa quruma qoşulaq. Blok fəaliyyətində müttəfiqlərin minuslarını daşımaq məcburiyyətində qalırsan, çərçivəyə daxil olursan. Biz ana prinsipin icraçısı olmaqla, milli-mənəvi dəyərlərimizi müdafiə edən hər kəsə dəstək veririk”.

F.Quliyev əlavə edib ki, cəmiyyətdə istənilən təmərküzləşmənin tərəfdarıdır: “Azərbaycan cəmiyyəti bir ailədir. Əgər düşüncə yarışı olarsa, normal şəkildə hakimiyyət uğrunda mübarizə aparılarsa, biz bunu normal qiymətləndirəcəyik. Hələ ki, biz onlara qoşulmaq haqqında düşünmürük. Sadəcə, həmin birliklərin fəaliyyətlərində uğurlar arzulayıram”.

İlkin
AzNews.az

Geri dön