Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Tehran rejimi neçə tanınmış güneyli millət vəkillərinin namizədliyini rədd edib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri > Tehran rejimi neçə tanınmış güneyli millət vəkillərinin namizədliyini rədd edib

Tehran rejimi neçə tanınmış güneyli millət vəkillərinin namizədliyini rədd edib


İran adlı ölkəni 41 ildir idarə edən mollakratiya rejimi fevralın 21-də keçiriləcək yeni parlament seçkilərinə namizədliyini irəli sürmüş hazırkı millət vəkillərinin bir çoxunu seçki komissiyası tərəfindən diskvalifikasiya edib. Namizədliyi rədd edilən hazırkı millət vəkilləri arasında Güney Azərbaycanın Urmu vilayətindən olan millət vəkilləri Nadir Qazipur və Hadi Bahaduri, həmçinin Makının millət vəkili Eynulla Şərifpurun adı var. Eləcə də Zəhra Sai (Təbriz), Məsumə Ağapur (Şəbistər) və Quli-üllah Quluzadənin (Kəleybər, Xudafərin və Hurand) kimi tanınmış ziyalı millət vəkillərinin namizədliyi də rədd edilib.
Millət vəkilləri, xüsusi ilə də Nadir Qazipurun namizədliyinin rədd edilməsi Güney Azərbaycanın hər yerində sosial mediada geniş müzakirə mövzusuna çevrilib.
Urmu Əyalətində hazırkı deputatlardan sadəcə Urmu millət vəkili Ruhullah Həzrətpur və Xoyun millət vəkili Tağı Kəbirinin namizədliyinin qeydiyyata alındığı bildirilir. Mediada yayılan məlumata görə, Tehranda şəhərin türk kökənli millət vəkillərindən Məhəmməd Rza Badamçının da növbəti seçkilərə namizədliyi rədd olunub. Təbrizdə fəaliyyət göstərən “Nasr News” saytı Güney Azərbaycanda parlament seçkiləri ilə bağlı millət vəkilliyinə namizədliyini irəli sürənlərin sadəcə 40 faizinin qeydiyyata alındığını bildirib.

DAVAM.AZ
“Təbriz Bürosu” (Güney Azərbaycan)

Geri dön