Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > “Traxtur” takımı “Perspolis”ə xəbərdarlıq etdi
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri > “Traxtur” takımı “Perspolis”ə xəbərdarlıq etdi

“Traxtur” takımı “Perspolis”ə xəbərdarlıq etdi


Güney Azərbaycanın “Traxtur” futbol takımının keçmiş hücumçusu Antoni Stokesi öz takımına cəlb etməklə bağlı Tehranın “Perspolis” klubuna xəbərdarlıq edib. Bu barədə Güney Azərbaycan klubu Liqa Təşkilatına məktub ünvanlayıb. Məktubda xarici oyunçunun hələlik “Traxtur”la müqaviləsinin qüvvədə olduğu xatırladılaraq onun hansısa komandaya transfer edilməsi barədə İran klublarına xəbərdarlıq edilib.
İlk öncə “Perspolis” klubuna işarə olunan məktubda qeyd edilib ki, Antoni Stokesin “Traxtur”la üç mövsümlük müqaviləsi var. Hələlik müqavilə ləğv olunmayıb, FİFA hazırda bu məsələyə baxır.
“Traxtur” takımının başqanlığı Antoni Stokesin hansısa İran takımına transfer edilməsinə qarşı olduqlarını qeyd edərək bu barədə heç bir güzəşt olmayacağını vurğulayıblar. Son hissədə Liqa Təşkilatından məktubun surətinin “Perspolis” klubuna göndərilməsi tələb olunub.
Qeyd edək ki, mediada “Traxtur”un keçmiş hücumçusu Antoni Stokeslə “Perspolis” klubu arasında müzakirələr aparıldığı və tərəflərin ilkin razılığa gəldiyi barədə məlumat yayılıb. İrlandiyalı hücumçü Antoni Stokes ötən mövsümdə “Traxtur” komandasında oynayıb. Komandanın məşqlərində ardıcıl olaraq dəfələrlə iştirak etməyən oyunçu düzənsiz bir futbolçu kimi tanınır. O “Traxtur” klubu ilə müqaviləyə birtərəfli şəkildə xitam verdikdən sonra Türkiyənin hansısa komandasına qoşulub. Futbolçu qısa müddət sonra nizam-intizam qaydalarını pozduğu üçün həmin komandadan qovulub. “Traxtur” klubu tərəfindən yayılan məlumata görə, hal-hazırda FİFA tərəfindən “Traxtur” klubunun futbolçudan təqdim etdiyi şikayətə baxılır.

DAVAM.AZ
“Təbriz Bürosu” (Güney Azərbaycan)

Geri dön