Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycanda dünya elmi üçün yeni olan məlumat əldə edildi
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər > Azərbaycanda dünya elmi üçün yeni olan məlumat əldə edildi

Azərbaycanda dünya elmi üçün yeni olan məlumat əldə edildi


Azərbaycan alimlərinin apardıqları tədqiqat nəticəsində dünya elmi üçün yeni olan məlumat əldə edilib. AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutundan verilən məlumata görə, tədqiqat akademik İradə Hüseynova, biologiya üzrə fəlsəfə doktoru Gülnarə Balakişiyeva, biologiya üzrə fəlsəfə doktoru Ələmdar Məmmədov və Fransadan olan professor Xavier Foissac ilə birgə aparılıb.
Tədqiqat zamanı Azərbaycanda “Candidatus Phytoplazma solani” fitopatogeninin həşərat vektorları mtCOI mitoxondri markeri vasitəsilə barkodlaşdırma əsasında identifikasiya edilib. Müəyyən olunub ki, bu fitoplazma növü Hyalestes obsoletus və Reptalus noahi həşəratları ilə yayılır. Alınan nəticə Reptalus noahi həşərat növünün “Candidatus Phytoplazma solani” fitoplazmasını yayması haqqında dünyada ilk məlumatdır.

DAVAM.AZ

Geri dön