Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Türk dilində kitab çap etdiyi üçün nəşriyyatın müdiri Ehsan Şükr Xudayi tutuqlandı
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri > Türk dilində kitab çap etdiyi üçün nəşriyyatın müdiri Ehsan Şükr Xudayi tutuqlandı

Türk dilində kitab çap etdiyi üçün nəşriyyatın müdiri Ehsan Şükr Xudayi tutuqlandı


İran adlı ölkəni 41 ildir gerizəkalı düşüncə tərzi ilə idarə edən mollakratiya rejiminin qanunsuz senzura idarəsinin məmurları Tehranda türk dilində kitablar çap edən “Təkderəxt” Nəşr Evinin fəaliyyətinə qadağa qoyub və onun müdirini isə həbs edib.
Nəşriyyatın sahibi və müdiri Ehsan Şükr Xudayi 1 illik həbs cəzasını çəkmək üçün ən qorxulu cəzaevlərindən biri sayılan Tehranın Evin zindanında həbs edilib.
“Təkderəxt” Nəşr Evi Azərbaycan türkcəsində indiyə kimi çox sayda kitab çap edib. Həmin kitabların heç birində dövlətin qanunlarının əleyhində hər hansı bir təbliğat xarakterli mövzular olmamışdır. Nəşriyyatın müdiri Ehsan Şükr Xudayinin özü isə, Azərbaycanın klassik və irfan ədəbiyyatı üzrə araşdırmaçı və yazıçıdır. Fəaliyyətinə qadağa qoyulmuş nəşr evi tərəfindən çap olunan kitablar arasında İmadəddin Nəsiminin fars və türk dillərindəki divanı, Məhəməd Füzulinin ərəbcə divanı, Həkim Füzulinin farsca divanı, Hacı Bektaş Vəlinin qeybiyyə məqalələr toplusu, Əmir Əlişir Nəvainin türkcə divanından seçmələr, Azərbaycan türk cocuqları üçün nağıllar və s. kimi əsərlər var.
İran adlı ölkənin rəsmi orqanları, özəlliklə də mollakratiya rejiminin qatı radikal irançı və panfarsist çevrələri türk dili və mədəniyyətini inkişaf etdirməyə çalışan bütün şəxs və müəssisələri son vaxtlar sıxışdırmağa başlayıblar.

DAVAM.AZ
“Təbriz Bürosu” (Güney Azərbaycan)

Geri dön