Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Avropa İttifaqı iqlim böhranı ilə mübarizəyə bir trilyon avro ayıracaq
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər > Avropa İttifaqı iqlim böhranı ilə mübarizəyə bir trilyon avro ayıracaq

Avropa İttifaqı iqlim böhranı ilə mübarizəyə bir trilyon avro ayıracaq


Avropa İttifaqı iqlim dəyişikliklərinə qarşı mübarizə tədbirlərini gücləndirmək məqsədilə 2030-cu ilədək bir trilyon avro vəsait ayıracaq. 2050-ci ilədək “iqlim neytrallığı” elan edən Aİ bu büdcə ilə ilk növbədə müasir iqlim və enerji layihələrinin xüsusilə çətinliklə həyata keçdiyi Avropa regionlarına yönəldəcək. Buraya kömür mədənləri yerləşən regionlar, infrastruktur və iqtisadiyyatı klassik resurslara söykənən regionlarda bərpaolunan enerji mənbələrə çıxışın təmin olunması, nəqliyyat və fərdi enerji sərfiyyatında müasir texnologiyalardan istifadəyə sərmayə yatırılması daxildir.
Qeyd edilməlidir ki, bu vəsaitlər eyni zamanda ötən ilin dekabr ayında elan olunan “Green Deal” proqramı çərçivəsində layihələrə sərf olunacaq. Proqramın əsas hədəfləri sırasında Paris İqlim Sazişinin müddəalarının həyata keçirilməsi, planetimizdə istiləşmənin qarşısının alınmasına yeni töhfələrin verilməsi, həmçinin Aİ məkanında atmosferə buraxılan zərərli qazların həcmini sıfıra endirməkdir. Avropa Komissiyasından verilən məlumata görə, Avropada “karbon neytrallığına” nail olmaq üçün illik 290 milyard avro vəsaitə ehtiyac var. Olduqca iddialı səslənən bu vəsaitlərin əldə olunması və müvafiq region, layihə və infrastruktura yönəldilməsi qarşıda duran əsas suallardan biridir.

DAVAM.AZ

Geri dön