Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Bu il Azərbaycanda 130 avtomobil oğurlanıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Hadisə > Bu il Azərbaycanda 130 avtomobil oğurlanıb

Bu il Azərbaycanda 130 avtomobil oğurlanıb


Bu il Azərbaycanda 130 avtomobil oğurlanıb. Bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

Məlumatda bildirilir ki, 2011-ci ilin 9 ayı ərzində BDYPİ-nə 130 nəqliyyat vasitəsinin oğurlanması və qaçırılması barədə məlumat daxil olub. Həyata keçirilən tədbirlər nəticəsində onlardan 120-si tapılıb. BDYPİ-nin qeydiyyat-imtahan hissələrində avtonəqliyyat vasitələrinin qeydiyyat hərəkətləri zamanı məlumat bazası ilə axtarışda olan 202 avtomobil və 40 nəfər saxlanılıb, habelə aqreqat nömrələrinin qeydiyyat sənədləri ilə uyğunsuzluğu üzrə 333 fakt aşkar olunaraq materiallar araşdırılması üçün təhqiqat orqanlarına göndərilib.

Bundan başqa, DYP əməkdaşları tərəfindən 11 ədəd Kalaşnikov avtomatı, 4 ədəd tüfəng, 4 ədəd tapança, 1 ədəd əl qumbarası, 1429 ədəd müxtəlif kalibrli patron aşkar edilərək istintaq orqanlarına təhvil verilib.

2011-ci ilin 9 ayı ərzində polisin digər xidmətləri ilə birgə 35 fakt üzrə 42 kq 532 qram (o cümlədən 25 kq 400 qram həşiş, 16 kq 312 qram marixuana, 820,27 qram heroin) narkotik maddə aşkar olunub.

Geri dön