Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Fermerlər subsidiyalarının məbləğini necə müəyyən edəcəklər?
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər > Fermerlər subsidiyalarının məbləğini necə müəyyən edəcəklər?

Fermerlər subsidiyalarının məbləğini necə müəyyən edəcəklər?


Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin tətbiqi ilə bağlı proses davam edir. Hazırda fermerlərin sistemə daxil etdiyi torpaq sənədlərinin və payızlıq əkin məlumatlarının yoxlanılması aparılır. Payızlıq əkinlərlə bağlı subsidiyaların verilməsi yoxlamaların tamamlanması ardıcıllığına uyğun olaraq mərhələli qaydada həyata keçiriləcək. Artıq ilkin sənəd qəbulundan sonra hesablanmış subsidiya məbləğləri barədə məlumatı ehtiva edən elektron bəyannamə-ərizələr fermerlərin şəxsi kabinetlərinə göndərilib. Bununla bağlı fermerlərin mobil nömrələrinə müvafiq SMS göndərilib və onlar şəxsi kabinetə bildiriş göndərilməsi ilə bağlı məlumatlandırılıblar. Elektron bəyannamələr fermer tərəfindən 3 gün ərzində təsdiqlənmədiyi təqdirdə avtomatlaşdırılmış qaydada təsdiqlənəcək və yoxlamaya mərhələsinə yönləndiriləcək. Bu məlumatlarla razı olmayan fermer elektron kabineti vasitəsilə müraiət edə, yaxud DAİM-lərə gəlib təklif və ya şikayətini təqdim edə bilər.
Yoxlamalar - sənədlər əsas götürülməklə
a) inteqrasiya vasitəsilə digər qurumlardan əldə edilən məlumatlarla uzlaşdırma,
b) peyk yoxlaması,
c) aidiyyəti orqanlara sorğuların göndərilməsi,
d) yerində yoxlamalar vasitəsilə həyata keçiriləcək.
Yoxlama nəticəsində yekun subsidiya məbləği dəqiqləşdirilmiş olacaq, fərqliliklər barədə fermerlərə bildirişlər göndəriləcək. Burada əhəmiyyətli olan doğru torpaq sənədinin təqdim edilməsi və həmin torpaq ərazinə əkilən bitki hektarı və növü barədə doğru informasiyanın sistemə təqdim edilmiş olmasıdır. Kənarlaşmalar barədə qəbul edilən yeni Qaydaya uyğun tədbirlər görüləcək.

DAVAM.AZ

Geri dön