Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Cinayət törətməkdə şübhəli bilinən 42 nəfər saxlanılıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Hadisə > Cinayət törətməkdə şübhəli bilinən 42 nəfər saxlanılıb

Cinayət törətməkdə şübhəli bilinən 42 nəfər saxlanılıb


Ötən gün törədilmiş 35 cinayətin üstü respublikanın daxili işlər orqanları tərəfindən “isti izlər”lə açılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, əvvəlki dövrlərdən bağlı qalmış 15 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 28 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 18 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında baş vermiş dörd ağır yol-nəqliyyat hadisəsi nəticəsində dörd nəfər ölüb, dörd nəfər xəsarət alıb. Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 20, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyənləşdirilib. Cinayət törətməkdə şübhəli bilinən 42 nəfər saxlanılıb.

DAVAM.AZ

Geri dön