Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycan-Pakistan işçi qrupunun növbəti görüşü keçirilib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Hərb > Azərbaycan-Pakistan işçi qrupunun növbəti görüşü keçirilib

Azərbaycan-Pakistan işçi qrupunun növbəti görüşü keçirilib


Ravalpindi şəhərində Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Pakistan İslam Respublikası Birləşmiş Qərargahı arasında Azərbaycan-Pakistan işçi qrupu səviyyəsində 9-cu görüş keçirilib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Azərbaycan nümayəndə heyətinə Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi general-mayor Hüseyn Mahmudov rəhbərlik edib. Görüşdə hərbi əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, regional təhlükəsizlik, hər iki dövlətin orduları arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi, o cümlədən 2020-ci ildə birgə tədbirlərin keçirilməsi məsələləri müzakirə olunub. Sonda protokol imzalanıb.

DAVAM.AZ

Geri dön