Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Tələbə Gənclər Təşkilatları İttifaqında “Könüllülər ili”ndə görüləcək işlər müzakirə ediləcək
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gənclik > Tələbə Gənclər Təşkilatları İttifaqında “Könüllülər ili”ndə görüləcək işlər müzakirə ediləcək

Tələbə Gənclər Təşkilatları İttifaqında “Könüllülər ili”ndə görüləcək işlər müzakirə ediləcək


Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) “Könüllülər ili” ilə əlaqədar Bakı Gənclər Mərkəzində müxtəlif ali və orta ixtisas təhsili müəssisələrinin tələbə gənclər təşkilatlarının fəalları ilə görüş təşkil edib. ATGTİ-dən bildiriblər ki, görüşdə Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycanda “Könüllülər ili” elan olunan 2020-ci ildə göstəriləcək işlər, həyata keçiriləcək tədbirlər barədə müzakirələr aparılıb. Tələbə gənclər təşkilatlarına fəaliyyətlərində və bütün müvafiq tədbirlərdə könüllülük prinsiplərinin nəzərə alınması, bu prinsiplərin geniş təbliği məqsədilə müvafiq həştəqlərin paylaşılması tövsiyə edilib.
Tələbələr ölkəmizdə könüllülüyün inkişafı, gənclərin könüllülük fəaliyyətinə cəlb olunması və ümumilikdə Azərbaycanda gəncliyinə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər. Sonra ATGTİ-nin 2020-ci ildə həyata keçirəcəyi layihələrin ilkin müzakirəsi aparılıb. İnteraktiv şəkildə davam edən görüşdə tələbələr sual və təkliflərlə çıxış ediblər. Könüllülük fəaliyyətinin təşviqi ATGTİ-nin fəaliyyətinin prioritet istiqamətlərindən biridir. Sıralarında Bakıda və regionlarda fəaliyyət göstərən 101 tələbə gənclər təşkilatını birləşdirən ATGTİ-nin ötən il təşkilatçısı və iştirakçısı olduğu 123 tədbirdə 20 mindən çoxu könüllü olmaqla 47 minə yaxın tələbə iştirak edib. “Könüllülər ili”ndə bu rəqəmin xeyli artacağı nəzərdə tutulur.

DAVAM.AZ

Geri dön