Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Elvin Tağıyev Gürcüstan Parlamentində gənclərlə iş üzrə komitə sədri seçilib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Borçalı > Elvin Tağıyev Gürcüstan Parlamentində gənclərlə iş üzrə komitə sədri seçilib

Elvin Tağıyev Gürcüstan Parlamentində gənclərlə iş üzrə komitə sədri seçilib


Gürcüstan Parlamenti gənclərin yeni staj proqramının icrası üçün hazırlıqa başlayıb.
Gürcüstan Texniki Dövlət Universitetində "Mühəndislik İqtisadiyyatı, medya texnalogiyaları və sosial elimlər" fakultəsinin "İctimai Əlaqələr" bölməsinin 4-cü kurs tələbəsi və ictimai fəal gənc Elvin Tağıyev sözügedən staj proqramının fəxri dəvəti ilə "Sekto İqtisadiyyatı və iqtisadi siyasət" komitəsinin gənclərlə iş üzrə dövlət komitəsinin sədri seçilib. Komitə sədri Elvin Tağıyev bizə müsahibəsində qeyd edib ki, Sekto İqtisadiyyatı və iqtisadi siyasət" komitəsinin yanvar ayının 1-dən eytibarən Gürcüstanda təhsil alan Gürcü tələbələrlə yanaşı milli azlıqlarında staj proqramına qatılmaları üçün qəbula başlayıb.
"Qeyd etmək istəyirəm ki, bizim komitəyə əsasən Gürcüstanda yaşayan azərbaycanlı gənclərdə qatıla bilərlər. "Sekto İqtisadiyyatı və iqtisadi siyasət" komitəsi ilə yanaşı parlamentdə 15 komitə fəaliyyət göstərir. Hər komitəyə isə təcrübəli bir fəal gənc rəhbərlik edir. Onların rəhbərliyi altında yeni təcrübəyə qatılan gənclər səfərbər edilərək, fəaliyyətləri tənzimlənir.
Staj proqramı çərçivəsində gənclər Gürcüstan parlamentinin fəaliyyəti və görülən işləri ilə bağlı yaxından tanış olacaqlar. Proqram çərçivəsində təcrübə toplayan gənclərmiz parlamentdə baş tutan komitə iclaslarında və digər qanun layihələrinin müzakirəsində iştirak edəcəklər. Staj proqramı iki semestirdən ibarət olaraq bir il davam edəcək. Layihənin birinci semestirni uğurla başa vuran gənclər gürcü və ingilis dilli xüsusi sertifikatla təltif olunacaqlar. Ancaq ikinci semestiri uğurla başa vuran gənclərmiz isə eyni zamanda gürcü və ingilis dilli xüsusi diplomla təltif olunacaqlar. Staj proqramını uğurla başa vuran gənclərimiz gələcəkdə hər hansı bir dövlət idarəsində və yaxud təşkilatlarda işlə təmin olunarkən olnların staj proqramında iştirakı nəzərə alınacaq",- deyə ElvinTağıyev bildirib. E. Tağıyev həmçinin yerli azərbaycanlı gəncləri gələcək peşələrində uğur əldə etmələri üçün staj proqramına qatılmağa və fəal iştirak etməyə dəvət edib.
Maraqlanan gənclər aşağıda göstərilən nömrələrlə əkaqə saxlaya bilərlər:
Komitənin sədri Elvin Tağıyev: 599 64 34 87
Komitənin sədr müavini Ayxan Həsənov: 555 55 34 68
komitənin sədr müavini Aygün Arıxmamedova: 557 42 22 03

DAVAM.AZ

“Tiflis Bürosu” (Gürcüstan)

Geri dön