Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Tehran mərkəzli siyasətin Güney Azərbaycan rəzaləti
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri > Tehran mərkəzli siyasətin Güney Azərbaycan rəzaləti

Tehran mərkəzli siyasətin Güney Azərbaycan rəzaləti


Tikəntəpə sakinləri: “Bizi Zərəşoran qızıl mədəninin yaratdığı fəlakətlərdən xilas edin”

Güney Azərbaycanın Tikantəpə şəhərinin Yengi Kənd və Yarəziz kəndlərinin əhalisi şəhər icra başçısına məktub göndərərək, bölgədə yaşayan insanları Zərəşoran qızıl mədəninin yaratdığı fəsadlardan xilas etməyə çağırıblar.
“Yengi Kənd və Yarəziz kəndləri yaxınlığında yerləşən Zərəşoran qızıl mədənində aparılan fəaliyyətlər, kəşfiyyat işləri və hasilat çayların, su quyularının və bulaqların çirklənməsinə səbəb olmaqla yanaşı, ekologiyanın pozulmasına, otlaq sahələrinin və kənd təsərrüfatına yaraqlı torpaqların sıradan çıxmasına və heyvanların tələf olmasına yol açır. Güclü partlayışlar və turşu ilə təmizlənmədən meydana gələn zəhərli tüstülər sakinlərin sağlamlığı və psixoloji durumlarına təsir göstərməkdən savayı, təhlükəsiz şəraitdə normal həyat sürdürmələrinə də əngəl olur”,- deyə icra başçısına ünvanlanmış məktubda qeyd edilir.
Sakinlər bildiriblər ki, çirklənmə nəinki əhalinin bölgədə yaşamasını çətinləşdirib, eləcə də bağçılıq, kənd təsərrüfatı və əkinçilik kimi sahələrlə məşğul olmağı qeyri-mümkün edib. Zərəşoran qızıl mədəni insanlara böyük miqdarda zərər vurduğundan, kəndlərin sakinləri icra başçısından son çarə kimi xahiş ediblər ki, onlara dəyən zərəri hesablayıb ödəsin, onlar da bölgəni və əkin-biçinlə məşğul olduqları torpaqları mədənə verib, digər yaşamağa əlverişli olan yerlərə köçsünlər.
Digər tərəfdən, hər iki kəndin şura üzvləri Güney Azərbaycanın Batı Əyaləti Tibb Elmləri Universitetinə mədənin meydana gətirdiyi faciələri araşdırması üçün məktub göndərib.
Tikantəpə Yaxın Şərqdə Zərəşoran və Ağdərə kimi iki böyük qızıl mədəni, həmçinin 80 daş mədəninə sahibdir. Lakin İran rejiminin ayrı-seçkilik siyasətləri nəticəsində bura ölkə üzrə ən ağır iqtisadi durumda olan bölgələrdən biridir. Tikantəpə əyalət mərkəzi ilə birləşdirən yol belə mövcud deyil.
Zərəşoran mədəninin səhmdarları və sahibləri ölkənin mərkəzində yerləşən, farsların üstünlük təşkil etdiyi əyalətlərdəndir. Onlar mədəndən hasil edilən xam məhsulu ölkənin mərkəzinə göndərirlər, beləliklə, ondan əldə edilən gəlirlərdən İsfahan, Kirman, Yəzd və Tehran kimi əyalətlər faydalanırlar.
Bir müddət əvvəl Tikantəpənin imam-cüməsi də bölgənin qızıl mədənlərinin talan olunmasını tənqid etmişdi. O, qızıl külçələrin Tehrana daşınmasına diqqət çəkmiş, bunun əvəzinə Tikabda qızıl istehsalı zavodu açılmasını və şəhərin bu sanəyedə ixtisaslaşmasını, bununla da əhalinin gəlir yerlərinin olmasını istəmişdi. Tikantəpənin icra başçısı Mahmud Zamani 120 ton istehsal potensiyalına sahib şəhər mədənlərinin ölkənin qızıl ehtiyatlarından 40%-ni özündə cəmləşdirdiyini demişdir.

DAVAM.AZ
“Təbriz Bürosu” (Güney Azərbaycan)

Geri dön