Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Biz rus deyilik, ona görə də soyadlarımızdakı sonluq dəyişməlidir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm > Biz rus deyilik, ona görə də soyadlarımızdakı sonluq dəyişməlidir

Biz rus deyilik, ona görə də soyadlarımızdakı sonluq dəyişməlidir


Dünyada hər bir millətin özünə məxsus mədəniyyəti, incəsənəti, ədəbiyyatı və s. kimi dəyərləri var. Bu dəyərlər bütün millətləri bir-birindən fərqləndirir və dünyada multikulturalizmin əsasını qoyur. Bundan əlavə olaraq isə mənim fikrimcə dünyada millətləri fərqləndirən ən əsas üç amil, onların əlifbası, dili və soyadıdır.
Yazımda ən çox soyad məssələsinə diqqət çəkmək istəyirəm, çünki soyad şəxsin hansı milli mənsubiyyətə məxsus olduğunu ən tez bildirən amillərin başında gəlir. Məsələn: bir şəxsin soyadının sonluğu əgər -yan ilə bitirsə deməli o milliyətcə ermənidir, əgər şəxsin soyad sonluğu -şvili və yaxud -dze ilə bitirsə, gürcü olduğunu çox rahat bir şəkildə başa düşə bilərik. Hətta biz Gürcüstanda yaşayan digər gürcü etnik qrupları belə soyad sonluğu ilə rahat şəkildə müəyyən edə bilərik. Bundan əlavə olaraq biz soyadı ilə iranlıları, ərəbləri, hindliləri çinliləri və avropada, asiyada eləcədə başka qitələrdə yaşayan digər millətləri rahat bir şəkildə müəyyən edib, tanıya bilərik.
Çox təssüflər olsun ki, Sovet hakimiyəti bizim əlimizdən bu imkanı aldı və bizim soyad sonluqlarımızı dəyişərək -ov, -ev sonluqlarını əlavə etdi, bu soyad sonluqlar; ruslara məxsus idi və bizim keçmişimizlə və milli kimliyimizi müəyyən etməklə heç bir əlaqəsi yox idi. Bununla da biz artıq Qafqazdan kənara çıxan zaman soyadımıza baxan hər kəs bizi rus sanır, çünki -ov, -ev rus soyadıdır və Gürcüstanın keçmiş SSRİ-nin üzvü olması, eləcə də bizim xalqın böyük əksəriyyətinin xarici dil kimi sadəcə rus dilini bilməsi də buna əsas verir. Belə olan halda isə biz xaricdə milli kimliyimizi açıqlamağa və biz rus deyilik, Gürcüstanda yaşayan etnik türk və ya azərbaycanlıyıq deməyə məcbur qalırıq. Hər şeyi qoyaq bir kənara, işin ən faciəli tərəfi ondadır ki, artıq SSRİ yoxdur, biz azad və demokratik Gürcüstan Respublikasında yaşayırıq. Ancaq biz yenə də soyadımızın Rusiya tərəfindən işğal olunmuş 20%-lik sonluğunu silə və ya dəyişə bilmirik, çünki ölkəmiz bunu etməyimiz üçün bizə bu hüququ vermir. Buna görə də biz bu gün azad Gürcüstanın vətəndaşı olmağımıza baxmayaraq, soyadımızda Sovet Hakimiyyəti tərəfindən dəyişdirilmiş və rusçuluğu bildirən -ov, -ev sonluğunu daşımağa məcbur qalırıq. Mən əminəm ki, biz yaxın gələcəkdə Rusiya tərəfindən işğal olunmuş 20% torpağımızı və soyad sonluğunumuzu geri qaytaracağıq, çünki biz rus deyilik ki, soyadımız o sonluqla bitsin!

Naşir Orduxan

Geri dön