Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Soyadlarımızın axırı hara gedir?
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm > Soyadlarımızın axırı hara gedir?

Soyadlarımızın axırı hara gedir?


Allah axırını xeyir eləsin demək istəyirsən. Sonra yadına düşür ki, bəs axırı gedib çıxır tarixə. Bu tarix də nə təhər şeydirsə, bizdə hamı bilir. Ümumiyyətlə biz çox hazırcavab, hər işi bilən, hər şeydən baş çıxaranlarıq (mən də o bizdəyəm). Bu qədər fantaziyanın içində bizdən hələ də niyə fantastik romançı çıxmadığına təəccüblənirəm (çıxacağına sonuna qədər inanıram). Fantaziyadan reallığa qayıtsaq, çox adamın bildiyi şeyə bizdə qurd düşür. Əslində qurd düşür “ilənir” ifadəsinin daha sanballı versiyasıdır. Bizdə el arasında tarix dediyimiz şey nədirsə, çoxu altdan girib, üstdən çıxır. Ona görə də bəzən elin arasında qalan məsələləri xaricə çıxardıb sərmək lazımdır ki, çölə də baxsınlar. İçərdə bir-birini boğmaqla deyil. Keçək yeni abzasa, yoxsa burda boğuşub qalacağıq.
Lap əvvəldə də Allah axırını xeyir eləsin dediyimiz şey elə bizi şəxs olaraq hansı tayfaya, nəslə, kökə, icmaya, elə, etnik mənsubiyyətə aid olduğumuzu təyin edən soyadımızdır. Hərdən şəxsiyyət vəsiqəsi əlimə keçəndə çay kənarında oturan romantik şairlər kimi xəyala dalıram. Mən də üzərində armudu stəkanda çay olan masanın kənarında oturub dərin və hüznlü romantik atmosferin dərinliklərində axırını axtarıram. Gürcüstan vətəndaşı, adını oxuyanda kim olduğun, soyadını oxuyanda kimlərə aid olduğunu anlayırsan, amma bu soyadın axırına çatanda fikirləşirsən ki, bəlkə bizimkilərin tarixi belə dərin bilmələrinin göstəricisidir? Salam, mən Elməddinəm, Gürcüstan vətəndaşıyam, bilmək istəyirsinizsə, türkəm, mən Soveti görməmişəm, amma istəsəniz, onu sizə soyadımla göstərə bilərəm. Sonra da fikirləşirəm ki, mənə Sovet lazımdır? Sovetdə ən çox menşeviklərə (rus dili səviyyəmə görə, menşevik azlıq deməkdir) yazığım gəlirdi, çünki onlar bolşeviklərə (rus dili səviyyəmə görə, bolşevik çoxluq deməkdir) qarşı mübarizə aparırdılar. Tarix bilgim bura qədərdir, axırını tarixçilərimiz danışarlar, biz qayıdaq soyadımızın axırına. Babalarım mənə Sovet dönəmini həmişə təriflə danışardılar. Mən də ağzımı ayırıb, qulaq verərdim (başqa çarəm var idi guya?). İndi də soyadımın axırına baxıb, ağzımı ayırıram. Gedim, görüm axırı necə olur. Siz də gedin, axırına çıxanda qanacaqsınız nə olur...

Elməddin Məmmədli

Geri dön