Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Badminton üzrə paytaxt birinciliyinə yekun vurulub
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > İdman > Badminton üzrə paytaxt birinciliyinə yekun vurulub

Badminton üzrə paytaxt birinciliyinə yekun vurulub


Bakıda 2010-cu il və daha kiçik təvəllüdlü oğlan və qızlar arasında badminton üzrə paytaxt birinciliyinə yekun vurulub. Yarışda 32 oğlan və 16 qız iştirak edib.
Oğlanların şəxsi yarışında Anar Hüseynov, qızlarda isə Nəzrin Mehrəlizadə birinci olublar. Qoşa yarışlarda A.Hüseynov-Vüsal Məmmədli və N.Mehrəlizadə-Leyla Camalzadə tandemi rəqiblərini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Qarışıq-qoşa yarışlarda A.Hüseynov-Zeynəb Mirzəli cütü qalib gəlib.
Mükafatçılar diplom, medal və hədiyyələrlə təltif olunublar.

DAVAM.AZ

Geri dön