Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Vətəndaşlara 52 milyon manatdan çox maddi ziyanın 92,7 faizi ödətdirilib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Sosial > Vətəndaşlara 52 milyon manatdan çox maddi ziyanın 92,7 faizi ödətdirilib

Vətəndaşlara 52 milyon manatdan çox maddi ziyanın 92,7 faizi ödətdirilib


Ötən il respublikanın hüquq-mühafizə orqanları tərəfindən 31 min 539 cinayət işindən 81 faizinin istintaqı daxili işlər orqanlarının müstəntiqləri tərəfindən aparılıb. Vətəndaşlara dəymiş 52 milyon manatdan çox maddi ziyanın 92,7 faizi məhz istintaq zamanı ödətdirilib. Bunu Daxili İşlər Nazirliyində keçirilmiş kollegiya iclasında nazir, general-polkovnik Vilayət Eyvazov deyib.
Vilayət Eyvazov qeyd edib ki, xidməti fəaliyyətin prioritet istiqamətlərindən olan vətəndaşların qəbulu və müraciətlərinə baxılması sahəsində Azərbaycan Prezidentinin qarşıya qoyduğu proqram vəzifələrin icrası daim nəzarətdə saxlanılıb və tam yerinə yetirilib. Nazirliyin rəhbərliyi tərəfindən 4405, o cümlədən kütləvi informasiya vasitələrində qabaqcadan məlumat verilməklə 64 şəhər və rayondan olan 965 vətəndaşın qəbulu həyata keçirilib. Qəbullarda qaldırılan məsələlərin əksəriyyəti yerində həll olunub.

DAVAM.AZ

Geri dön