Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Qadın həndbolçuların Azərbaycan kuboku yarışları davam edir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > İdman > Qadın həndbolçuların Azərbaycan kuboku yarışları davam edir

Qadın həndbolçuların Azərbaycan kuboku yarışları davam edir


Azərbaycan Həndbol Federasiyasından bildiriblər ki, yarışın qrup mərhələsində ikinci oyun günü arxada qalıb. Meydançaya əvvəlcə “Azəryol” və “Qarabağ” komandaları çıxıblar. Ölkə çempionatında da gərgin idman mübarizəsi aparan rəqiblərin görüşü maraqla gözlənilirdi. Əksəriyyət bu qarşılaşmada “Azəryol”un imkanlarını yüksək qiymətləndirsə də, oyun “Qarabağ”ın qələbəsi ilə yekunlaşıb – 32:29. Günün digər matçında isə gözlənilən nəticə qeydə alınıb. “İdman Akademiyası” komandası çox çalışsa da, “Azərsu”nun kəskin hücumlarının qarşısını ala bilməyib. Görüş 40:28 hesabı ilə “Azərsu”nun xeyrinə başa çatıb.
Qadın həndbolçuların ölkə kuboku yarışında qrup mərhələsinə yanvarın 29-da yekun vurulacaq. Həmin gün “Azəryol” “Qarabağ”la, “Azərsu” “İdman Akademiyası” ilə üz-üzə gələcək. Qeyd edək ki, yarışın yarımfinal mərhələsi aprel ayına təyin olunub. Qalib komandaların adına isə mayın 2-də keçiriləcək həlledici görüşlərdə aydınlıq gələcək.

DAVAM.AZ

Geri dön