Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Fərəc Quliyev:Əhali avantürist layihələrin ağırlığını çəkməməli, Ehtiyac meyarı həddi artırılmalı və s
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev > Fərəc Quliyev:Əhali avantürist layihələrin ağırlığını çəkməməli, Ehtiyac meyarı həddi artırılmalı və s

Fərəc Quliyev:Əhali avantürist layihələrin ağırlığını çəkməməli, Ehtiyac meyarı həddi artırılmalı və s


Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev 2015-2019-cu illər ərzində Milli Məclisin 115 iclasının 71-ində 177 təklif ilə çıxış edib. Həmin təklifləri hissə-hissə təqdim edirik.
18-ci hissə


86.Kiçik və orta sahibkarla dəstək: (31.05.2017)

Kiçik və orta sahibkarların dövlət dəstəyinə daha rahat əlçatanlığına nail olmaq lazımdır . Nazirlər kabineti ,nazirlər səviyyəsində məsələlərə ciddi yanaşılsa da aşağı strukturlarda maneçilik və bürokratik əngəllər vardır.Bu maneçilikləri aradan qaldırmaq lazımdır.

87.Ticarət tərəfdaşlarının seçiminə də yenidən baxmaq vacibdir. (31.05.2017)

Məsələn,Hesablama Palatasının 2016-cı il dövlət büdcəsinin icrası haqqında qanun layihəsi və dövlət büdcəsinin icrasına dair illik hesabatda da Rusiyadakı iqtisadi geriləmələr və siyasi vəziyyətlə bağlı göstərilir ki, buradakı vəziyyət, sanksiyalar ,rus rublunun vəziyyəti bizim də iqdisadiyyatımız və maliyyə bazarlarına təsirsiz ötüşmür.Ona görə də iqtisadi tərəfdaşlarımızla məsələyə yenidən baxmağın vacib olduğun düşünürəm.

88.Ehtiyac meyarı həddi artırılmalı: (30.06.2017)


Ehtiyac meyarı ilə bağlı olaraq həddin artırılması təqdirə layiqdir. Amma hesabtda göründüyü kimi, 2017-ci ilin müvafiq dövrü ilə müqayisə var. Burda istehlak məhsullarına xidmətin qiyməti 13 % artıb, o cümlədən ərzaq məhsullarının qiyməti 18%, qeyri-ərzaq məhsullarının qiyməti 12%, əhaliyə göstərilən ödəniş xidmətinin qiyməti 9 % artıb. Buna görə də ehtiyac meyarı həddinin birazda artırılması yerinə düşər.

89.Kommunal təsərrüfata ayrılan vəsait onlardan alınıb, digər zəruri sahələrə yönəldilməli: (30.06.2017)


Yenə də işlətməyə verilməsi mümkün olan sektorların xüsusən su, kommunal təsərrüfatla bağlı olan sektorlara böyük vəsaitlərin ayrılması məqsədə uyğun deyil. Bu məsələyə dəfələrlə biz toxunmuşuq. Mən və kolleqalarım bu məsələni qaldırdıq. Bu özəlləşmə məsələsi ilə bağlı olaraq vəsaitin onlardan alınması və digər zəruri sahələrə yönəldilməsi məncə daha uyğun olar.

90.Əhali avantürist layihələrin ağırlığını çəkməməlidir: (30.06.2017)

Mən kreditlərin götürülməsi ilə bağlı olaraq bir məsələyə toxunmaq istəyirəm. Azərbaycan çox böyük kreditlər götürür və demək olarki, hər adam başına borcumuz 713 dollar olubdu. Sonra da burda Beynəlxalq Bankın dayanıqlığından və yaxud da onun götürdüyü öhdəliklərin alınması ilə bağlı məsələ qaldırılır. Belə çıxır ki, bir qrup adam Beynəlxalq Bankdan avantürist layihələr üçün vəsait götürməli, xərcləməli və bütün əhali də onun ağırlığını çəkməlidir?! Mən hesab edirəm ki, o kreditlərlə bağlı olaraq və götürülmüş kreditlərin geri qaytarılması ilə bağlı çox ciddi şəkildə tədbirlərin görülməsi vacibdir. Çünki, bu olmayınca həmin o xarici borclar və götürülən kreditlərin 10-20 il sonra qaytarılması əhalinin yük olaraqdan üzərində qalacaq.

Geri dön